Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2198/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarında olan İXP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2022-ci il tarixdə 10:38 radələrində idarə etdiyi “Chevrolet Malibu” minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə 10:38 radələrində Mehdi Abbasov ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində idarə etdiyi “Chevrolet Malibu” minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanıldıqda ondan spirtli içki qoxusu gəlmiş, izahatı alınmışdır. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, Nizami rayon DYPŞ Yol patrul xidmətinin əməkdaşları xx.xx.2022-ci il tarixdə onu saxladıqları zaman spirtli içki qəbul etməsi ilə bağlı test keçirilməli olduğunu bildirmişlər. Yoxlama nəticəsində alkoqolun miqdarı 0.4 promil müəyyən edilmişdir. Sonradan həkim müayinəsindən keçmiş, yoxlamanın nəticəsi olaraq onun ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixində 12:10-da tərtib edilmiş protokoldan görünür ki, Şəxs alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan AD seriyalı, 138099 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə 10:33-də keçirilmiş testin nəticəsində Cavid Abbasovda 0.469 % alkoqol miqdarı aşkar olunması göstərilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2022-ci il tarixində alınmış izahatından görünür ki, o, az miqdarda spirtli içki qəbul etməsini etiraf etmiş, alkotestin nəticəsinin doğruluğunu qəbul etməklə, tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 138099 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2198/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2198/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver