Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2199/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon Prokurorluğunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1961-ci ildə Naxçıvan Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Prokurorluğunun 25 iyul 2021-ci il tarixli qərarından görünür ki, X3 2 nəfər şəxs tərəfindən döyülməsivə təhqir edilməsi bardə və X1 əlin əzilməsi ilə polikilinikaya müraciət etməsi barədə müraciətləri əsasında toplanmış material üzrə cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon Prokuroru baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 20.05.2021-ci il tarixində saat 10 radələrində qarajları sökərək yerinə qeyri-yaşayış binası tikmək üçün həmin qarajların yerləşdiyi ünvana 4 nəfər fəhlə və Yusifoğlu MTK-nın komendatı Alim Məmmədli və binanın köhnə kamendatı Fəttayev Elçin gələrək qarajlarda qazıntı işləri aparmaq istəmişlər, ora gedəndə görmüşdür ki, Lətif və binanın digər sakinləri həmin ərazidə söküntü işləri aparan şəxslərə etiraz edərək onlarla sözlə mübahisə edirlər. Həmin şəxslərə onların bu ərazidə təmir-qazıntı işləri aparmaq səlahiyyətlərinin olmadığım bildirmiş, bir müddət sonra Ağaqulu Nizamov həmin əraziyə gələrək fəhlələrə göstəriş vermiş ki, onların etirazına fikir verməyib işlərini davam etdirsinlər. Ağaqulu Nizamova zor tətbiq etməmiş, həmin şəxslərin qeyd olunan ərazidə tikinti işləri aparmaq səlahiyyətinin olmadığını onlara bildirmiş, onlar dayanmaq istəmədikdə orada işləyən fəhlənin əlində olan beli götürüb getməsini əlavə olaraq bildirmişdir. Heçkəsi təhqir etməmiş, kiminsə əlində bel almamışdır. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 20.05.2021-ci il tarixində saat 10 radələrində qarajlarda təmir-bərpa isləri aparmaq üçün 4 nəfər fəhlə və Yusifoğlu MTK-nın komendatı Alim Məmmədli və onların binasının köhnə komendatı Fəttayev Elçin gələrək qarajlarda qazıntı işləri aparmaq istəmiş, həmin şəxslərə onların bu ərazidə təmirqazıntı işləri aparmaq səlahiyyətlərinin olmadığını bildirmiş, bir müddət sonra Ağaqulu Nizamov həmin əraziyə gəlmiş beli əlinə alaraq işləməyə başlamış, Ağaqulunun əlində olan beli almaq istəyərkən bel birinci özünün sağ əlinin çöl nahiyəsinə dəymiş, Nizamov Ağaqulu beli vermək istəmədikdə onun əlindən almaq istəmiş və dartaraq beli almışdır. Ağaqulu Nizamova zor tətbiq etməmiş, həmın şəxslərin qeyd olunan ərazidə tikinti işləri aparmaq səlahiyyətinin olmadığını onlara bildirmiş, onlar dayanmaq istəmədikdə Agaqulunun əlində olan beli almaqdan ötrü beli dartışdırmışdır. Onlarla mübahisə edərkən belin saplağı əlinə dəymiş və onun sağ qolu şişmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında X7 izahat verərək göstərmişdir ki, 20.05.2021-ci il tarixində sədri olduğu “Ümüd” qaraj korporativinə məxsus 5 ədəd qarajlarda təmir-bərpa işləri aparmaq üçün ora getmiş, orada yaşayan Lətif və Şahvələd adlı şəxslər gələrək ona zor tətbiq edərək əlindəki beli almaq istəmiş, o beli vermək istəmədikdə Lətif və Şahvələd adlı şəxs qolunu buraraq beli almaq istəmişlər. Beli vermək istəmədikdə ona güc tətbiq edərək münaqişəyə başlamışlar, bu zaman belin uc nahiyəsi sağ baldırının ön hissəsinə dəydiyində o xəsarət almışdır. Hər iki şəxs yumruqla onun sinə nahiyəsindən vurmuşdur. Lətif və Şahvələd adlı şəxslərdən başqa heç kəs ona zor tətbiq etməmiş, onlar mübahisə zamanı sağ qolunu burmuş, onun əlində olan beli almaq istəyərkən isə sağ baldırına xəsarət yetirmişlər. Məhkəmə iclasında müdafiəçi X8, Şəxs barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Prokurorluğunun nümayəndəsi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini təklif etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək və iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib, prokurorluğun nümayəndəsinin və müdafiəçinin təkliflərini nəzərə alaraq qeyd edir ki, Şəxs inzibati xəta törətməsi tam sübuta yetirilmiş və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən X3 və X4 müraciətləri əsasında toplanmış 722C-21 saylı material üzrə aparılmış araşdırma materiallarının tədqiq edilməsi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş həddə inzibati cərimə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati iş üzrə icraatı rədd edən hallar müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2199/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2199/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver