Məhkəmə qərarları › İş №3(007)-220/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-220/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-220/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X13 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2023-cü il tarixdə Qara Qarayev prospektində Nəsimi küçəsində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki ona bildirilmişdir ki, yolayrıcına daxil olduqdan sonra svetaforun qırmızı qadağanedici işığının yanmasına baxmayaraq hərəkətinə davam etmiş və onun tərəfindən İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin sonradan ona bəlli olmuşdur ki, protokol və qərara əsassız tərtib olunmuş, belə ki, X5 76ci maddəsinin 4-cü bəndinə əsasən yolayrıcına daxil olmuş sürücü svetoforun siqnalından asılı olmayaraq nəzərdə tutulan istiqamətdə hərəkətini davam etdirməlidir. Bütün bunları nəzərə alaraq xx.xx.2023-cü il tarixli İXP5859148 nömrəli protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, sürücü qeyd olunan yolayrıcına daxil olduqdan sonra svetoforun qadağanedici işığı yandıqda piyada keçidi qarşısında, stop-xətt qarşısında və ya svetoforun qarşısında dayanmalıdırlar. Bu birbaşa X5 60-cı maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli İXP5859148 nömrəli protokol əsasında qəbul edilmişdir. Şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə iclası zamanı məhkəməyə təqdim edilmiş video diskə baxış keçirilmiş, şəxsin əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntusu aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 60-cı maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələbinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar:1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); X2 76-cı maddəsinin 4-cü bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Beləliklə təqdim olunmuş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, yolayrıcında sürücünü hərəkət etdiyi yilda qoyulmuş svetaforun qabağında stop-xəttlər olmadığına görə sürücü svetaforun siqnalından asılı olmayaraq dayanmadan hərəkət etməli idi. Bununla da sürücü tərəfindən qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində İXM-in 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP5859148 nömrəli protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar