Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2214/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X2 barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PB-nin rəisi Turab Paşayev tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayəti və daxil olmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PB-nin rəisi Tura Paşayev tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlərdən biri də, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İşdə olan sənədlərdən görünür ki, X4 ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi, X4 barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PBnin rəisi Turab Paşayev tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən olunmuş prosessual müddəti buraxmaqla şikayət vermiş və buraxılmış müddətin bərpası haqqında vəsatət verməmişdir. Odur ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PB-nin rəisi Turab Paşayev tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddəti buraxmaqla verildiyindən geri qaytarılmalı və inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpası haqqında vəsatətlə müraciət etmək hüququ X3 izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PB-nin rəisi Turab Paşayev tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddəti buraxmaqla verildiyindən geri qaytarılsın. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpası haqqında vəsatətlə müraciət etmək hüququ X3 izah edilsin. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2214/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2214/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver