Məhkəmə qərarları › İş №3(007)-2215/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2215/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2215/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X11 İdarəsinin YPX inspektoru X2, həmin orqanın nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili-Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 39, mənzil 46-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 03 aprel 2023-cü il tarixdə saat 08:12-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Kia Rio minik” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərini pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil elektron qaydada vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən Şəxs barəsində AR İXM-nin 327.1 və 333.1ci maddələri ilə xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi göstərilmişdir. Hesab edir ki, Şəxs əməlində İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi mövcud deyil və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”nın 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etmə faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Şəxs alkotester təqdim edilmiş, o, cihaza nəfəs verdikdən sonra testin nəticəsi ona göstərilməmiş və müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd ona təqdim edilməmişdir. Polis əməkdaşlarından biri Şəxs təklif etmişdir ki, sərxoş olduğunu etiraf etsin, o, digər əməkdaşa Emilin onun sinif yoldaşı olduğunu bildirəcək və bununla da məsələ həll olunacaqdır. Lakin, protokol tərtib edildikdən sonra Şəxs sərxoş olmadığını bildirmiş və onun həkim tərəfindən müayinə olunmasını tələb etmişdir. Onun bu tələbi təmin edilməmişdir. Hadisədən dərhal sonra Şəxs öz təşəbbüsü ilə Respublika Narkoloji Mərkəzində müayinə olunmuş və onun sərxoş olmadığı barədə xx.xx.2022-ci il tarixli 2/7700 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” tərtib edilmiş, akta əsasən Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Beləliklə, Şəxs guya sərxoş olması yalnız polis əməkdaşları tərəfindən tərtib edilmiş şübhəli protokolla təsdiq edilir. Daha mötəbər sənəd olan və mütəxəssislər tərəfindən tərtib edilmiş akt onun sərxoş olmadığını təsdiq edir. Bu şübhəli hal Eminovun xeyrinə həll edilməlidir. Qeyd olunanlara əsasən, İXM-nin 8.1. 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X11 İdarəsinin YPX inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs ilə özü söhbət aparmış, bu zaman həmin şəxs piçə içdiyini, pivənin xarici istehsal olduğunu, həkim müayinəsinə ehtiyac olmadığını, onlardan da narazı olmadığını bildirmişdir. Şəxs yazılı izahatında da bu barədə göstərmişdir. Alkotestrin nəticəsi ilə yoxlanılan şəxsin özünü tanış etmişlər. İnzibati xəta törətmiş şəxslə söhbətin video görüntü ilə qeydə alınmasını isə gələcəkdə sübut kimi zərurət yarana biləcəyi ehtimalına görə edirlər. Barəsində protokol tərtib edilməməsi üçün Şəxs onlara pul təklif etmiş, demişdir ki, o da dövlət işində işləyir, hörmət etsinlər, getsin. Tərəflərindən həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, özü və ya onunla birlikdə xidmətdə olan X1 Emil Fəxrad oğluna deməmişlər ki, içkili olduğunu etiraf etsin, sinif yoldaşı olduğunu biri digərinə deyərək ona kömək edəcəklər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X11 İdarəsinin nümayəndəsi X6 göstərmişdir ki, təqdim edilən video görüntüdən də aydın olur ki, Şəxs saxlanılan vaxt içkili olduğunu etiraf etmiş, habelə özü tərəfindən yazılmış izahatında da bunu təsdiq etmiş və həkim müayinəsinə zərurət görməmişdir. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, yol polisləri onu dönmə işıqlarının işləməməsi əsası ilə saxlamışlar. Söhbət zamanı polis əməkdaşı bir gün əvvəl içib-içmədiyini soruşmuşdur, çünki o, saxlanılanda səhər vaxtı olmuşdur, həmin vaxtlarda isə pivə içilmir. O da bir gün əvvəl pivə içdiyini demişdir. Ona alkotesterə nəfəs verməsi təklif edilmiş, bunu etdikdən sonra həmin testin nəticəsi ona göstərilməmiş və müayinənin nəticəsi kağız formasında verilməmişdir. Sonra polis əməkdaşlarından Nüsrət ona təklif etmişdir ki, sərxoş olduğunu etiraf etsin, o, digər əməkdaşa, yəni Samirə onların sinif yoldaşı olduqlarını bildirəcək, bununla da məsələ həll olunacaqdır. O, içkili olmuş olsa, özü həkim müayinəsi üçün getməzdi. Hansı ki, bu müayinə zamanı onun ayıq olduğu öz təsdiqini tapmışdır. İnzibati xətaya yol vermədiyini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil yazılı vəsatətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Şəxs inzibati xəta törətməsinə dair işdə hər hansı mötəbər sübut yoxdur, insanın səhər tezdən pivə içməsi mümkün deyil. Şəxs özünün müstəqil olaraq keçdiyi həkim müayinəsinin nəticəsi bu faktı təsdiq edir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X11 İdarəsinin YPX inspektoru X5, N.Ə.Səfərovla eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs içkili olması alkotestrin nəticəsi ilə təsdiq olunmuş, içkili olduğunu etiraf edən yazılı izahatı özü yazmışdır. Şəxs təklif edilməmişdir ki, belə izahat yazsa, ona kömək ediləcəkdir, əksinə, həmin şəxsin özü xahiş etmişdir ki, ona köməklik etsinlər, barəsində protokol tərtib olunmasın. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 03 aprel 2023-cü il tarixdə saat 08:10-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.324% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 03 aprel 2023-cü il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatından görünür ki, o, “həkimə ehtiyac yoxdur, xahiş edirəm ki, məni nəzərə alın, söz verirəm bir də spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyəm. Şəxs.” sözlərini yazmış və imzası ilə təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş 01 ədəd CD diskdə olan video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, YPX inspektorunun suallarına cavab verən Şəxs xarici istehsallı piçə içdiyini, həkim müayinəsinə ehtiyac olmadığını, polis əməkdaşlarından narazı qalmadığını bildirmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 03 aprel 2023-cü il tarixli 2/7700 nömrəli aktın surətindən görünür ki, Şəxs həmin tarixdə saat 11:15-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 03 aprel 2023-cü il tarixdə saat 08:10-da yerində aşkar olunmuş, Şəxs isə saat 11:15-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 03 aprel 2023-cü il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Bundan başqa, nəzərə alınmalıdır ki, Şəxs ali təhsilli şəxs olmaqla müvafiq orqanın əməkdaşıdır, müvafiq rütbə daşıyır, özü müstəqil olaraq yazılı izahatında inzibati xətaya yol verdiyini etiraf etmişdir, eyni zamanda digər sübutların mötəbərliyinin şübhə altına alınması üçün də əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhər BPİ-nin X11 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar