Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2216/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs, 15 avqust 1998-ci ildə Ağstafa rayonu, Soyuqbulaq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 21 mart 2023-cü il tarixdə, saat 14:20 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, metronun «Neftçilər» stansiyasının çıxışında dükanların qarşısında Zərərçəkmiş şəxs vurmuşdur. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 04 aprel 2023-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. 14 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 bildirdi ki, Şəxs 21 mart 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs qəsdən döyməsi faktı üzrə cinayət işinin başlanması rədd edildikdən sonra toplanmış materiallar inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona verilmişdir. 14 aprel 2023-cü il tarixdə o, həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək, göstərdi ki, 21 mart 2023-cü il tarixdə, saat 14:20 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, metronun «Neftçilər» stansiyasının çıxışında dükanların qarşısından keçərkən Zərərçəkmiş şəxs ayağını tapdalamışdır. Həmin vaxt, Zərərçəkmiş şəxs onun ayağını qəsdən tapdaladığını zənn etmiş, aralarında mübahisə yaranmışdır. Əməlindən peşmandır və zərərçəkmişdən üzr istəyir. Sonda Şəxs barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 21 mart 2023-cü il tarixdə, saat 14:20 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, metronun «Neftçilər» stansiyasının çıxışında dükanların qarşısında hərəkət edərkən ondan qabaqda iki oğlan getmişdir. O, həmin şəxslərin yanında ötüb keçəndə Şəxs onun ayağını tapdalamış, o, buna etiraz etdikdə sonuncu əlini onun çiyninə qoymuş və ondan üzr istəmişdir. O, buna görə əsəbləşmiş və aralarında mübahisə yaranmış və həmin şəxs onun baş nahiyəsindən vurmuş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Sonda o, Şəxs şikayətçi olduğunu bildirdi və sonuncu barəsində qanunla müəyyən edilmiş həddə sərt tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2216/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2216/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver