Məhkəmə qərarları › İş №3(007)-2222/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2222/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2222/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nin əməkdaşı X4 iştirakları ilə, X3 Bakı şəhəri Nizami RPİ DYPŞ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami RPİ DYPŞ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami RPİ DYPŞ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat cərimə edilmişdir. O, həmin inzibati xətanı törətməmişdir. DYP əməkdaşı ona qarşı qərəzli olmuşdur. O, heç bir yerdə işləmir, həmin cəriməni ödəmək onun üçün çox çətin olacaqdır. Səhhəti onu incidir və xəstəlikdən əziyyət çəkir. Barəsində olan xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, barəsində protokol tərtib olunmasından məlumatı olmamış, yalnız cəriməni ödəməsi üşün dəvət olunanda bu barədə bilmişdir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ DYPŞnin əməkdaşı X6 izahatında göstərmişdir ki, X2 rejimi qaydalarını pozduğuna görə xx xxxxx 2020-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixli qərarla da inzibati qaydada cərimə edilmişdir. X1 şəxsən iştirakı ilə tərtib edilmiş, hüquq və vəzifələri, törətdiyi xəta ona izah edilmiş, protokolun surəti də təqdim edilmişdir. Şikayətdə qeyd olunanlar əsassızdır. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nin YPX inspektoru Amil Quliyev tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin” tələblərini pozduğuna görə xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X5 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, X5 Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və xx xxxxx 2020-ci il tarixdə bu qərar qüvvədə olmasına baxmayaraq, həmin Qanunun tələbləri X5 tərəfindən Bakı şəhəri, Babək prospektində pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. xx xxxx 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunla qüvvəyə minmiş və xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilərkən qüvvədə olmuş Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması - həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuş, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X3 irəli sürdüyü dəlillər öz təsdiqini tapmamaqla yanaşı, müəyyən edilmişdir ki, inzibati araşdırma inzibati xətalar qanunvericliyinin tələblərinə uyğun aparılmış, müəyyən edilmişdir ki, o, xüsusi karantin rejimi dövrünü əhatə edən xx xxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuş, bununla da İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, Nazirlər Kabinetinin müvafiq qərarlarına, qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3, Bakı şəhəri Nizami RPİ DYPŞ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar