Məhkəmə qərarları › İş №3(007)-2222/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2222/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2222/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2, tələbkar X3, Nizami rayonu İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1961-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6921/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs X3 xeyrinə, 2018-ci ilin noyabr ayından (həmin ay da daxil olmaqla) 2021-ci ilin mart ayına kimi (sonuncu fevral ayı olmaqla) olan müddət üçün tərəflərin birgə yaşadıqları 1 il 1 aya görə (2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına qədər) ödənilməli olan məbləğ (7800 manat), həmçinin ödənilmiş 900 manat çıxılmaqla, 8100 manat məbləğində pulun tutulması, Şəxs ilə X7 arasında bağlanmış Maddi təminatın ödənilməsinə dair” xx.xx.2018-ci il tarixli müqavilə ləğv edilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 8100 manat məbləğində borc yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmir, alimenti ödəmək fikri vardır. Borcundan hər ay müəyyən məbləğ ödəyə bilər, indiyə kimi 200 manat məbləğində vəsaiti tələbkarın atasına vermək istəmiş, lakin tələbkar tərəfindən qəbul edilməmişdir. Hal hazırda 8100 manat məbləğində vəsaiti birdəfəlik ödəməyə imkanı çatmır. Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X8 məhkəmə iclasında bildirmişdir ki, borclu borcunu ödəmək iqtidarındadır, sadəcə ona möhlət verilməsini xahiş edir. Borclu barədə həbs seçilməməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X9 bildirdi ki, müəyyən olunmuş borc bütöv şəkildə ona heç vaxt ödənilməyib, 2 ildir ki müxtəlif bəhanələrlə borclu ödənişdən yayınır. Himayəsində qız övladı vardır, bütün əziyyətini o çəkir. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X10 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6921/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs X3 xeyrinə, 2018-ci ilin noyabr ayından (həmin ay da daxil olmaqla) 2021-ci ilin mart ayına kimi (sonuncu fevral ayı olmaqla) olan müddət üçün tərəflərin birgə yaşadıqları 1 il 1 aya görə (2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına qədər) ödənilməli olan məbləğ (7800 manat), həmçinin ödənilmiş 900 manat çıxılmaqla, 8100 manat məbləğində pulun tutulması, Şəxs ilə X7 arasında bağlanmış Maddi təminatın ödənilməsinə dair” xx.xx.2018-ci il tarixli müqavilə ləğv edilməsi qət edilmişdir İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar