Məhkəmə qərarları › İş №3(007)-2222/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2222/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2222/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, X8 X9 ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsini, lakin son haqq-hesab ödənişinin düzgün ödənilməməsi barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli iclasda protokola baxılmış və ona uyğun olaraq MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 (min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, vətəndaş X10 2024-cü ilin may, iyul və oktyabr ayları üzrə əmək haqları AR Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbi pozulmaqla əmək müqaviləsində nəzərdə tutulan müddətdən başqa vaxtda gecikdirilərək ödənilmişdir. Hesab edirlər ki, xx.xx.2025-ci il tarixli qarar ləğv edilməli va icraata xitam verilməlidir. Belə ki, araşdırma zamanı işçinin əmək haqqı kartına aylar üzrə ödənilən vəsaitlərin məbləği və təyinatı barədə "xxxx" ASC-dən alınmış bank çıxarışı təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, may ayı üzrə əmək haqqı təyinatı ilə köçürülən vəsaitlər növbəti ayın xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində, iyul ayı üzrə əmək haqqı təyinatı ilə köçürülən vəsaitlər növbətTayın xx.xx.2024, xx.xx.2024, oktyabr ayı üzrə əmək haqqı təyinatı ilə köçürülən vəsaitlər növbəti ayın xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə köçürülmüşdür. Göründüyü kimi, gecikdirilmiş əmək haqqı kimi qərarda qeyd olunan əmək haqqları növbəti ayın 15-nə kimi işçinin əmək haqqı kartına köçürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X12 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Təqdim edilmiş sübutlardan görünür ki, işçinin əmək haqqı gecikdirilmədən vaxtında ödənilmişdir. İşçinin şikayətinin məzmunu ona ödəniləcək son haqq-hesab ödənişinin yanlış ödənilməsi barədə olsa da, araşdırma zamanı heç bir yanlışlıq müəyyən olunmamışdır. Buna baxmayaraq işə baxan inzibati orqan heç bir əsas olmadan əmək haqlarının göstərilən aylar üzrə gecikdirilməklə ödənildiyini bildirərək cərimə tətbiq edilməsi barədə qərar qəbul etmişdir.Qeyd olunanlara əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X13 bildirmişdir ki, işçi X16 şikayət edərək əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ödənişinin düzgün aparılmadığını bildirmiş, lakin araşdırma aparılarkən müyyən olunmuşdur ki, işçi barəsində son haqq-hesab qanunvericiliyə uyğun şəkildə aparılmış, lakin işçiyə əmək haqqı əmək müqaviləsində nəzərdə tutulan gündə deyil, hissə-hissə olmaqla müxtəlif vaxtlarda, bəzi hallarda isə gecikmələrlə ödənilmişdir. Halbuki əmək müqaviləsində əmək haqqının ayda bir dəfə olmaqla hər ayın 15-i ödənilməsi nəzərdə tutulmuşdur. Bütün bunlara əsasən X7 barəsində protokol tərtib olunmuş, həmin protokol əsasında qəbul edilmiş qərarla isə o, 1000 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən vətəndaş X11 2024-cü il may, iyul və oktyabr ayları üzrə əmək haqlarının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsində nəzərdə tutulan müddətdan başqa vaxtda gecikdirilərək ödənildiyindən X7 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən müəyyən edilir ki, işçi X11 əmək haqqı müxtəlif vaxtlarda hissə-hissə olmaqla, bəzən isə gecikmələrlə ödənilmişdir. Belə ki, 2024-cü ilin iyul ayının əmək haqqısı xx.xx.2024-cü il tarixdə gecikdirilməklə, oktyabr ayının əmək haqqqısı xx.xx.2024-cü il tarixdə gecikdirilməklə ödənilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla, hesabdan çıxarışla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin a bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Əmək Məcəlləsinin 172ci maddəsinin tələbinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. X2 ilə işçi arasında bağlanmış müqaviləyə əsasən əmək haqqı hər ayın 15-də ödənilməli olduğu halda, gecikdirilmişdir. Bununla da o işəgötürən kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və Əmək Məcəlləsinin 12-ci maddəsinin a bəndinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar