Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2223/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 nümayəndəsi və vəkili X4 iştirakı ilə, X3, xx xxxxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından onun nümayəndəsi və vəkilinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxs “xxxxxxxxxxxx” MMC-nin direktoru X6 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə X3 nümayəndəsi və vəkili X8, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında iş üzrə həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili X8məhkəmə iclasında şikayətini müdafiə edərək, bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxs “xxxxxxxxxxxx” MMC-nin direktoru X6 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(011)- 1790/2020 saylı qərardadı ilə vəzifəli şəxs X6 barəsində olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair “xxxxxxxxxxxx” MMC-nin ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmışdır. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs, yəni X6 barəsində tərtib olunduğundan şikayət ərizəsi də şəxsən onun tərəfindən və yaşayış yeri üzrə rayonun məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən qərardaddakı nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət edilmişdir. Onlar Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin onun M.H.Məmmədov barəsində tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Göstərilənləri aşağıdakılarla əsaslandırırlar: Məhkəmənin nəzərinə çatdırılır ki, X5 xx xxxxxx 2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq “xxxxxxxxxxxx” MMC-də soyutma avadanlıqlarının satışı məntəqəsində operator vəzifəsinə işə qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixdə elekton əməliyyat zamanı səhvən onun əmək müqaviləsinə xitam verilmiş və adı sistemdən çıxarılmışdır. Daha sonra isə səhv aradan qaldırılaraq xx xxxxxx 2020-ci il tarixində X1 adı təkrar sistemə daxil edilmişdir. O cümlədən göstərilən müddətin əvəzi qismində ona əmək haqqı ödənilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məktub ünvanlanmışdır. Göründüyü kimi, inzibati xəta dərhal aradan qaldırılmış və bu barədə əmək müfəttişliyinə məlumat verilmişdir. Lakin nədənsə Əmək Müfəttişliyi göstərilənlərə razılaşmayaraq M.H.Məmmədov barəsində 1500 manat məbləğində cərimə olunmağına dair qərar qəbul etmişdir. Göstərilənlərdən əlavə bildirmək istəyir ki, inzibati xəta haqqında protokol və qərar “X6” barəsində deyil, “X7” barəsində tərtib olunmuşdur. “xxxxxxxxxxxx” MMC-də isə göstərilən adda vəzifəli və səlahiyyətli şəxs yoxdur. Buna görə də, “X6” barəsində inzibati xəta haqqında qərar və protokol tərtib olunub “xxxxxxxxxxxx” MMC-nin ünvanına göndərilə bilməzdi. Buna görə də o, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsiniməhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanılması barədə bildirişdən görünür ki, X5 “xxxxxxxxxxxx” MMC-nin direktoru tərəfindən aylıq əmək haqqı 400 manat olmaqla, xx.xx.2021-ci il tarixədək “Operator” vəzifəsinə işə qəbul edilmiş və qeyd olunan əmək müqaviləsinin bildirişi xx.xx.2020-ci il tarixdə X6 tərəfindən sistemə daxil edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin baş direktoru X3 xx.xx.2020-ci tarixli “İşə Bərpa edilmə haqqında əmr”inin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə yanlışlıqla e-qov.az sistemdən çıxarılmışdır. Bunu nəzərə alaraq, xx xxxxxx 2020-ci il tarixdən etibarən “xxxxxxxxxxxx” MMC-yə “Operator” vəzifəsinə bərpa edilmiş, aylıq əmək haqqı gross olaraq 400 manat təyin edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin baş direktorunun təqdim etdiyi “2020-ci ilin İyul ayı üçün hesablanmış əmək haqqı” barədə çıxarışdan görünür ki, həmin ilin İyul ayı üçün X2 400,64 manat ödənilməli məbləğ qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə X7 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq, barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında xx xxxxxx 2020ci il tarixli, ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərar, Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmiş, habelə inzibati tənbeh qeyd olunan MMC-nin vəzifəli şəxsi X6 barəsində deyil, X7 barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin134.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 nümayəndəsi və vəkili X4 şikayəti təmin edilsin. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2223/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2223/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver