Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2224/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, qərardan şikayət vermiş X4, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndələri X14, X1 və Nümayəndə iştirakları ilə, X4 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsində "xxxx" MMC-nin və direktoru olaraq onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarlarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə (iş 3(007)-1659/2025, hakim Nigar Qədirli) baxılır. İşə baxılarkən, prokurorluğun nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, artıq onun barəsində eyni qərarla başlanmış inzibati xəta haqqında iş üzrə X9 Bakı şəhər İdarəsi tərəfindən cərimə tənbeh tədbirinə dair qərar qəbul olunmuşdur. Dərhal, tərəfindən xx.xx.2025-ci il tarixdə DƏM-nin Bakı şəhər İdarəsinə müraciət olunaraq, onun "xxxx" MMC-nin direktoru qismində vəzifəli şəxs kimi İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 3000 manat məbləğində cərimə olunmağı barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın surəti rəsmi qaydada əldə edilmişdir. Həmin qərar aşağıda şərh olunanlara əsasən, qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. İlk növbədə bildirir ki, İXM-nin 57 və 117.2-ci maddələrinə əsasən qərarın surəti müvafiq qaydada (poçt vasitəsi ilə və ya şəxsən) 2 gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Habelə, həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin, yuxarıda qeyd etdiyi kimi (qərar barədə başqa iş üzrə məhkəmədə baxılarkən məlumat almış), işə baxılarkən, müvafiq qaydada məlumatlandırılmamış, iştirakı təmin olunmamış, cərimə olunmağı barədə qərar ona qanunla nəzərdə tutulmuş müddətdə təqdim edilməmişdir. Nəticədə, barəsində inzibati araşdırma aparılan şəxs olaraq, onun hüquqları kobud şəkildə pozulmuşdur. Bildirir ki, istər prokurorun inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarının, istərsə də izibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın məzmunundan görünür ki, guya, mərhum X15 əmək müqaviləsi olmadan "xxxx" MMC-də işlərin görülməsinə cəlb olunmuşdur. Qeyd olunan qərarlar X8 xx.xx.2024-cü il tarixdə ölüm faktı ilə əlaqədar Bakı şəhəri Səbail rayon prokurorluğunda aparılmış və cinayət işinin başlanması rədd olunmuş 176-C-24 saylı material üzrə toplanmış sənədlər əsasında əlavə heç bir araşdırma aparmadan, yəni mərhumun kimin işçisi olduğu, vəfat etdiyi obyektdə hansı əsasla fəaliyyət göstərdiyi və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hallar tam, hərtərəfli və obyektiv aydınlaşdırılmadan, müvafiq sübutlar əldə olunmadan və düzgün qiymətləndirilmədən qəbul olunmuşdur. O cümlədən, prokurorluq öz qərarında sübut qismində yalnız, "xxxx" MMC-nin 2 nəfər işçisinin X21un tikintidə onlarla birlikdə işləməsi barədə izahatına və guya, X3 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına istinad etmişdir. Halbuki, həmin 2 nəfər işçinin izahatlarında Cümşüd Həsənovun onlarla birlikdə işləməsini bildirməsi, heç də mərhumun "xxxx" MMC tərəfindən işə cəlb edilməsi mənasını vermir. Bu baxımdan qeyd edir ki, sahibkarlıq fəaliyyəti sahəsində geniş yayılmış təcrübədə xidmət və sair müqavilə əsasında bir subyektin (işəgötürənin) işçi qüvvəsinin başqa bir subyektə (işəgötürənə) məxsus iş yerində işləməsi qanunla qadağan olunmur. Baş Prokurorluğun həmin qərarı qəbul edən qurumu işin həqiqi hallarını aydınlaşdırmaq məqsədi ilə ən azından "xxxx" MMC-nin rəhbəri olaraq məsələ ilə bağlı onun izahatının alınmasını təmin etməli olduğu halda, bunu etməmişdir. Eyni səhvləri barəsində cərimə tətbiq etmiş əmək müfəttişliynin səlahiyyətli orqanı (vəzifəli şəxsi) da təkrar etmişdir. Digər tərəfdən, ola bilməz ki, mərhumla bağlı əmək müqaviləsi məlumatlarının əldə olunması üçün elektron informasiya sisteminə müraciət olunsun və onun harada işləməsi (bu barədə aşağıda geniş şərh olunacaq) barədə məlumat aşkar edilməsin. Belə ki, İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-1.1-ci maddəsindən görünür ki, bu Məcəllənin 192.1-ci maddəlsində nəzərdə tutulmuş inzibati xətanın aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Yuxarıda qeyd olunduğu kimi, işəgötürən və işçilər barəsində bütün məlumatların toplandığı əmək müfəttişliyində hansısa səbəbdən?) X21un iş yeri barədə məlumatın üzə çıxarılmasına səy göstərilməmişdir. İşin faktiki halları ilə bağlı bildirir ki, X21 "xxxx" MMC tərəfindən işə cəlb olunmamışdır. Hadisə baş verən vaxtdan xeyli əvvəl o, başqa bir işəgötürənin işçisi olmuş və həmin işəgötürənlə "xxxx" MMC-nin arşında bağlanmış xidmət müqaviləsi əsasında o, hadisənin baş verdiyi yerdə işləməyə göndərilmişdir. Qeyd olunanlar aşağıda göstiərilənlərlə təsdiq olunur. O cümlədən, “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” və “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Cümşüd Həsənov fiziki şəxs kimi fəaliyyət göstərən X11 (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixdə (bildiriş və əmək müqaviləsinin surəti əlavə olunur) usta işinə qəbul olunmuş və öldüyü tarixədək həmin işəgötürənin işçisi olmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (ƏM-nin 74.1-ci maddəsi-işçi vəfat etdikdə və s.). Eləcə də, mərhumun qeyd olunan müddətdə Emil Mustafayevin işçisi olduğu həmin dövrə aid əmək haqqı cədvəlləri, ölümü ilə bağlı dəfn xərcinin ödənilməsi barədə xx.xx.2025-ci il tarixli əmrlə də təsdiq olunur (sənədlərin surəti əlavə edilir). "xxxx" MMC ilə fiziki şəxs X5 arasında xx.xx.2024-cü il tarixli “Xidmət müqaviləsi” bağlanmışdır. X21 məhz, həmin müqavilə əsasında "xxxx" MMC-yə məxsus iş yerində işləmişdir. Müqaviləyə əsasən 2024-cü ilin iyul-avqust ayları ərzində yerinə yetirilmiş işlər və buna görə həyata keçirilmiş ödənişlər müvafiq akt və ödəniş tapşırığı ilə təsdiq olunur (sənədlərin surəti əlavə edilir). Qeyd olunanlarla X21un iki sahibkarlıq subyekti arasında bağlanmış xidmət müqaviləsinə əsasən, “İcraçı” Emil Mustafayevin işçisi olaraq “Sifarişçi” "xxxx" MMC-nin obyektində işə gönədirilməsi tam təsdiq olunur. Lakin, hazırki iş üzrə istər prokurorluq, istərsə də əmək müfəttişliyinin müvafiq qurumu tərəfindən işin həqiqi hallarının aydınlaşdırılmadan, əməldə inzibati xətanın tərkibinin olub-olmadığı müəyyən edilmədən inzibati xəta haqqında iş üzrə icraata başlanmış və inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. İşin faktiki halları və bu hallara tətbiq edilməli olan hüquq normalarına əsasən onun əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə olunmağına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında qərardan şikayət vermiş X10 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tikinti oyektində bir nəfər ürəyi dayandığı üçün vəfat etmişdir. Onlar da əlaqəli orqanlara məlumat vermişlər. Araşdırılma aparılmış, şəxsin öz əcəli ilə vəfat etdiyini müəyyən etmişlər. Lkain həmin şəxs onun işçisi olmamış, onunla əlaqəsi olmamışdır. Həmin şəxslə əmək müqaviləsi bağlamalı da olmamışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X20 izahatında göstərmişdir ki, "xxxx" MMC-nin direktoru X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanmadan X12 2024-cü ilin avqust ayında işlərin görülməsinə cəlb edilmiş, buna görə vəzifəli şəxs X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin iş üzrə prokurorluq tərəfindən araşdırma aparılıb, şahidlər də dindirilib, müəyyən olunub ki, müqavilə olmadan işçini əmək fəaliyyətinə cəlb ediblər. Əmək qanunvericiliyinin pozulması üçün mütləq vəfat etmiş şəxsin ailəsinin şikayəti olmalı deyil, onlar şikayət olmadan da araşdırma apara bilirlər. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X2 digər nümayəndənin dəlillərini müdafiə etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, "xxxx" MMC-nin barəsindəki inzibati protokol üzrə icraata xitam verilməsinə dair məhkəmə qərarı X13 daxil olmamışdır, daxil olsa idi, həmin qərardan apellyasiya qaydasında şikayət verilərdi. Həmin qərar 13 may 2025-ci il tarixdə qəbul edilmiş, vəzifəli şəxs isə özü barəsindəki qərardan şikayəti 06 may 2025-ci il tarixdə vermişdir. Hesab edirlər ki, inzibatə xəta tərkibi vardır, ona görə vəzifəli şəxsin barəsində tənbeh tətbiq edilməsi əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, qərardan şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vəzifəli şəxs "xxxx" MMC-nin direktoru X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X12 2024-cü ilin avqust ayında işlərin görülməsinə cəlb etmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində 19 mart 2025-ci il tarixli, 25-1-0-0/000-2163-1 nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; - xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X11 tərəfindən X15 xx.xx.2024-cü il tarixdə usta kimi işə götürülmüş, müvafiq tarixdə onunla əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişinin çap edildiyi xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi qüvvədə olmuşdur; - xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, AR Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən X15 vəfat etdiyi üçün onun əmək müqaviləsinə 26 sentyabr 2024-cü il tarixdə işəgötürən X11 tərəfindən xitam verilmişdir; - xx.xx.2025-ci il tarixli 01 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, sahibkar X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş işçi X8 dəfni üçün 500 manat məbləğində müavinət təyin edilmiş və icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir; - xx.xx.2022-ci il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi "xxxx" MMC və ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən icraçı X11 arasında xidmətlərin yerinə yetirilməsinə görə müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçi sifariş verməyi, icraçı isə hazırki müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sifarişləri yerinə yetirməyi, sifarişçi göstərilmiş xidmətlərə görə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 3 il müddətinə, xx.xx.2025-ci il tarixədək bağlanılmışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli 3(007)- 1659/2025 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə belə nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, “..."xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi X16 tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Qərardan görünür ki, hüquqi ünvanı ünvan 1nti” MMC tərəfindən X15 2024-cü ilin avqust ayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Qanunvericilik özü-özlüyündə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati qaydada tənbehin tətbiq edilməsini ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə fiziki şəxs X11 ilə xidmətlərin göstərilməsi barədə müqavilə bağlamış, X15 fiziki şəxs X11 ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən onun tərəfindən "xxxx" MMC tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə əmək fəaliyyətinə cəlb olunmuş, xx.xx.2024-cü il tarixdə iş yerində ürək tutmasından vəfat etmiş, ailə üzvünə işəgötürən X11 tərəfindən işçinin ölməsi ilə əlaqədar əmək haqqının 3 misli miqdarında pul ödənilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə ölmüş qaynaqçı X15 "xxxx" MMC tərəfindən hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışdır. Hazıki əməldə inzibati xətanın tərkibinin yaranması üçün hüquqi şəxsin hərəkətlərində zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır. Lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. İşin yuxanda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə əməldə qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İşin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. Beləliklə, məhkəmə vurğulayır ki, "xxxx" MMC-nin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməlidir. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir...” Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli 3(007)-1659/2025 nömrəli qərarı, inzibati icraatı başlamış orqan tərəfindən mübahisələndirilməmişdir, qüvvədədir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, “ "xxxx" MMC-nin direktoru X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X12 2024-cü ilin avqust ayında işlərin görülməsinə cəlb etməsi” ilə bağlı hüquqi nəticəyə gəlinməsini əsaslı edəcək hər hansı sübut əldə edilməmiş, məhkəmə iclasında təqdim olunmamış və ya məhkəmə tədqiqi ilə də müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, istər bu baxımdan, istərsə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qüvvədə olan 13 may 2025-ci il tarixli 3(007)-1659/2025 nömrəli qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından, "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs qismində X4 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X17 Xidmətinin Bakı şəhər idarəsinin 17 aprel 2025-ci il tarixli qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. "xxxx" MMC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X6 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə onun əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2224/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2224/2025
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver