Məhkəmə qərarları › İş №3(007)-2230/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2230/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2230/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.06.2020-ci il tarixli və 2(021)-1792/2020 saylı, 30.09.2020-ci il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru F.T.Şahhüseynov tərəfindən 27.08.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.06.2020-ci il tarixli və 2(021)-1792/2020 saylı, 30.09.2020-ci il tarixli icra sənədlərinə əsasən 06.09.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edildiyi tarixdən, yəni 14 may 2020-ci il tarixdən başlayaraq hər ay 100 manat, 30.09.2020-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. İcra sənədləri üzrə 18.08.2020-ci il tarixdə və 11.01.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədləri üzrə aliment ödənilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu ilə əlaqə saxladıqda xəstə olduğuna görə aliment ödəyə bilmədiyini bildirmişdir. Qardaşı Şəxs onun himayəsində olduğunu, ruhi xəstə olduğuna görə işləyə bilmədiyini, heç bir gəlirinin olmadığını, ruhi xəstə kimi qeydiyyatda olduğunu bildirsə də bu barədə müvafiq sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ruhi xəstə olduğuna görə işləyə bilmir. Əvvəllər bərbər işləmişdir. Maştağada xəstəxanada yatmışdır. Hazırda 26 saylı şəhər poliklinikasında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.06.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 06.09.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi tarixdən, yəni 14 may 2020-ci il tarixdən başlayaraq hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qərara alınmışdır. - Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.09.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 09.09.2009-cu il təvəllüdlü X9 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 30.09.2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında 18.08.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.06.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - icraata başlamaq haqqında 11.01.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.09.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.06.2020-ci il tarixli və 2(021)-1792/2020 saylı, 30.09.2020-ci il tarixli icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1792/2020 saylı, 30.06.2020-ci il tarixli və 2(021)-1792/2020 saylı, 30.09.2020-ci il tarixli icra sənədlərinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar