Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2232/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X5 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X1, Nizami rayonu İcra Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Məhkəməsinin 2(034)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs qiyməti 300 manat-3,24 qram 750 əyyarlı sırğa, qiyməti 130 manat-1,37 qram olan uşaqlıq sırğası, qiyməti 150 manat- 1,00 qram olan üzüyü, qiyməti 700 manat-qramı 11.70 olan boyunbağı, qiyməti 290 manat-2,9 qram olan üzük, qiyməti 930 manat-12,50 qram olan boyunbağı, qiyməti 300 manat-3,01 qram olan sırğa, qiyməti 500 manat-5.1 qram olan qolbaq olmaqla, cəmi 3300 manat qızılların natura şəkilində özləri və ya özləri yoxdursa onların dəyəri alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Zəngilan rayon Məhkəməsinin 2(034)-465/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, iddiaçı X6 ilə cavabdeh Şəxs arasında xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və akt qeydləri kitabındakı 2413 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X4 anası X1 himayəsində saxlanılması, cavabdeh Şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat və uşaq 3 yaşına çatana kimi iddiaçı üçün hər ay (iyirmi beş) manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması,cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Borclu icra vərəqələrində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək Zəngilan rayon Məhkəməsinin 2(034)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 3300 manat, Zəngilan rayon Məhkəməsinin 2(034)-465/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə 400 manat borcu yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, maddi imkanı olmadığı üçün aliment borcu yaranmışdır, alimenti ödəmək fikri vardır. Zəngilan rayon Məhkəməsinin 2(034)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 3300 manat məbləğində borcu isə hal-hazırda ödəməyə maddi imkanı yoxdur, imkanı olduqca ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X6 bildirdi ki, aliment borcundan yalnız bir neçə aydan bir 10-20 manat civarında ödəniş etmişdir.Aliment borcundan qalan hissənin ödənilməsini tələb edir. Zəngilan rayon Məhkəməsinin 2(034)- 725/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borcludan dəyəri tutulmalı olan qızılzinət əşyaları hələ də ona verilməmişdir, həmin qızıl-zinət əşyaları onun anası və bacısına məxsusdur.Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. Borclu icra şöbəsinin çağırışlarına gəlmiş, Zəngilan rayon Məhkəməsinin 2(034)-465/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən yığılmış borc olan 400 manat məbləğini ödəmiş, hal hazırda 100 manat aliment borcu qalmışdır. Lakin Zəngilan rayon Məhkəməsinin 2(034)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcludan tutulmalı olan qızıl-zinət əşyaları üzrə 200 ödəniş həyata keçirməmiş, hazırda 3100 manat borcu qalmışdır. Borclu barədə tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Zəngilan rayon Məhkəməsinin 2(034)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs qiyməti 300 manat-3,24 qram 750 əyyarlı sırğa, qiyməti 130 manat-1,37 qram olan uşaqlıq sırğası, qiyməti 150 manat- 1,00 qram olan üzüyü, qiyməti 700 manat-qramı 11.70 olan boyunbağı, qiyməti 290 manat-2,9 qram olan üzük, qiyməti 930 manat-12,50 qram olan boyunbağı, qiyməti 300 manat-3,01 qram olan sırğa, qiyməti 500 manat-5.1 qram olan qolbaq olmaqla, cəmi 3300 manat qızılların natura şəkilində özləri və ya özləri yoxdursa onların dəyəri alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Zəngilan rayon Məhkəməsinin 2(034)-465/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, iddiaçı X6 ilə cavabdeh Şəxs arasında xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və akt qeydləri kitabındakı 2413 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X4 anası X1 himayəsində saxlanılması, cavabdeh Şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat və uşaq 3 yaşına çatana kimi iddiaçı üçün hər ay (iyirmi beş) manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması,c avabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra məmuru tərəfindən Zəngilan rayon Məhkəməsinin 2(034)- 465/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra məmuru tərəfindən 2(034)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2232/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2232/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver