Məhkəmə qərarları › İş №3(007)-2233/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2233/2021

14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2233/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X3 katibliyi ilə, Şəxs Mənzil Tikinti Kooperativinin barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2 (007) 2136/2021 saylı icra vərəqəsinə əsasən, cavabdeh X1 mülkiyyətində olmaqla yaşadığı ünvan 1 ünvanının zədələnməsinə, sökülməsinə səbəb olacaq, o cümlədən həmin mənzilin kommunikasiya xətlərini zədələyəcək tikinti, sökümtü, qazıntı işlərinin aparılması və digər hərəkətlər Şəxs Mənzil Tikinti Kooperativinə və hər hansı 3-cü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş 26 avqust 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2 (007) 2136/2021 saylı icra vərəqəsinə əsasən, Şəxs Mənzil Tikinti Kooperativi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Mənzil Tikinti Kooperativinin barəsində tərtib olunmuş 26 avqust 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi 09 sentyabr 2021-ci tarixli məktubla məhkəməyə müraciət edərək, Şəxs Mənzil Tikinti Kooperativinin barəsində tərtib olunmuş 26 avqust 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Mənzil Tikinti Kooperativinin barəsində tərtib olunmuş 26 avqust 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin müraciətinə əsasən, Şəxs Mənzil Tikinti Kooperativinin barəsində tərtib olunmuş 26 avqust 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılsn. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar