Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2233/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X7 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2, zərərçəkmiş şəxs X1, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X8, tərcüməçi X11 iştirakları ilə, xx.xx.1969-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 24cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bəhruz Nuriyev küçəsi ev 26 mənzil 8 ünvanına gələrək soyuducu alacağı bəhanəsi ilə mənzildən X3 məxsus 460 manat dəyərində “Xiaomi Redmi" markalı mobil telefon aparatını oğurlamaqla xırda talama inzibati xətası törətmişdir. Bununla da Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokolda göstərilən inzibati xətanı törətməsini etiraf edərək, göstərdi ki, artıq vurduğu ziyanı tam ödəmişdir, , zərərçəkən şəxslə barışmışdır, zərərçəkən şəxsin ondan şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclas zalında tərəflərin barışdığını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını bildirirərək, iş üzrə icraata xita verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Buna görə də onun barəsində qeyd edilən protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, Şəxs ilə bazarda işlənmiş məişət avadlıqlarını satan zaman alıcı kimi tanış olmuş, sonradan onun evinə soyuducu almaq məqsədilə gəlmiş, evində olan zaman onun fikrini yayındıraraq zərərçəkmişə məxsus 460 manat dəyərində “Xiaomi Redmi" markalı mobil telefon aparatını oğurlamışdır. Lakin telefon polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə geri qaytarılmışdır. Zərərçəkmiş iclas zalında ərizə təqdim edərək, telefonu qaytarıldığı üçün ona vurulmuş ziyan tam ödənildiyini, Şəxs artıq heç bir şikayət və tələbi olmadığını, onunla barışdığı bildirmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışmışdır. Zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmişdir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 15:40 radələrində tutulmuşdur. İş materiallarındakı Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin təhqiqatçısı X4 “cinayət işinin başlanmasının rədd edilməsi barədə”qərardan görünür ki, Şəxs barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir İXM-in 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-in 53.1.10-cu maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 12 (on iki) manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 02 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 12 (on iki) manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2233/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2233/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver