Məhkəmə qərarları › İş №3(007)-2233/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2233/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2233/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Abşeeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs sərxoş halda, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-FJ-*** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşıda hərəkətdə olan **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, həmin avtobus isə qarşıda hərəkətdə olan **-JD-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Nəticədə həmin avtobuslara maddi zərər vurmuşdur. Bununla da o, İXM-in 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, toy məclisində spirtli içki qəbul etmiş, bu səbəbdən ayıq sürücü dəvət etmişdir. Lakin ayıq sürücü gələnədək ATM-dən kartda pul çıxarmaq özü sükan arxasına əyləşərək maşını idarə etməyə başlamışdır. Bu zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Müayinə nəticəsində spirtli içki içməsi müəyyən edilmişdir. Hazırda dəymiş zərəri ödəməyə maddi imkanı yoxdur. Əməlindən çox peşman olduğunu və maddi imkanının zəif olduğunu, kirayədə yaşadığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Bakı şəhər DYPİ polis kapitanı X5 məhkəmə iclasında iştirak edərək protokolun məzmununa uyğun izahat vermiş, həmçinin baş vermiş hadisə nəticəsində digər avtomobillərə dəymiş zərərin sığorta vasitəsilə aradan qaldırılacağını qeyd etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 22:30 radələrində “Hyundai Elantra” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşıda hərəkətdə olan **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, həmin avtobus isə qarşıda hərəkətdə olan **-JD-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Nəticədə həmin avtobuslara maddi zərər vurmuşdur; xx.xx.2024-cü il tarixli, 2/796 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol konsentrasiyasının miqdarı 1,436 promil müəyyən edilmiş, o, alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. XM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 2/796 saylı Akt ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəfərov X3 Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 manat (yeddi yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar