Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2236/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş 12 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 30 avqust 2021-ci il tarixdə X1 barəsində tərtib edilmiş 12 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalı və şikayətdə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət vermək hüququ tərəfə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından şikayət baxılmadan geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 barəsində tərtib edilmiş 12 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti baxılmadan geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2236/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2236/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver