Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2237/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, X12 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X9” MMC-nin baş direktoru X17, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 18 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmağı barədə 08 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra X16 Xidmətinin Bakı şəhər idarəsinin qəbul etdiyi MN ******* nömrəli, 18 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən barəsində 1200 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, “X9” MMC-nin işçisi X3 xx.xx.2023-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat cəmiyyətin baş direktoru Emil Alxaslı tərəfindən X14 Xidmətinə hadisə baş verən gün deyil, xx.xx.2024-cü il tarixdə verilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, X14 Xidmətinin Bakı şəhər idarəsinin qəbul etdiyi MN ******* nömrəli, 18 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmalıdır. Belə ki, İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 07/2024 nömrəli İZ aktından görünür ki, “X9” MMC-nin (SDM) Təmir departamentinin NÖC və avtomatika üzrə mühəndisi X6 xx.xx.2023-cü il tarixdə saat 07:37 radələrində işə gəlmiş, xüsusi iş geyimini geyinərək işə başlamış, həmişə olduğu kimi xidməti işləri ilə məşğul olmuş, saat 12:00-dan 13:00-a qədər nahar fasiləsində, nahardan sonra vəzifə funksiyalarına uyğun olaraq texniki sənədlərini araşdırmış, işləri öz axarı ilə davam etmiş, işin sonunda geyimini dəyişmiş və sonra müəssisənin 6 nömrəli nəzarət buraxılış postunun qapısından çıxmış, bu zaman qarşıda avtomobil yolunu keçmək istəyən oğluna fikri yönəldiyindən ehtiyatsızlıq və diqqətsizliyindən sonuncu iki pillədən sol ayağı üstə büdrəmiş və nəticədə sol ayağı üstə yıxılmış, sol ayağının diz nahiyyəsində kəskin ağrı hiss etmiş, qapıda duran mühafizəçini çağırıb tibb məntəqəsinə xəbər verməyini xahiş etmiş, SDM-də faəliyyət göstərən təcili yardım maşını ilə zavod ərazisindəki tibb məntəqəsinə aparılmış, tibb məntəqəsində ona yardım edilmiş, həkimə pilləkəndə yıxılaraq xəsarət aldığını bildirmiş və təcili yardım maşını yubandığından oğlunun şəxsi maşını ilə X25 hospitalına aparılmış, orada həkim nevropatoloq onun ayağını müayinə edərək sol diz nahiyyəsindəki ağrıların sinirlə əlaqəli deyil, travmatoloji olduğu bildirilmiş və növbəti gün xx.xx.2023-cü il tarixindən ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış, xx.xx.2023-cü il tarixində tabe olduğu NÖC üzrə böyük mühəndis X7 zəng edərək bədbəxt hadisə barədə ətraflı məlumat vermiş, 2023-cü il dekabr ayında (gününü tam xatırlamır) Elektrik və avtomatika üzrə menecer Murat Tekin ona zəng etniş, onun tərəfindən M.Tekinə hadisə barəsində məlumat verilmişdir. X23 hadisə baş verən gün müayinə etmiş SDM-də xidmət müqaviləsi əsasında fəaliyyət göstərən həkim Həmid Tapdıqovun MediClub MMM-in baş direktoruna yazdığı izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində işçi Vahid Lalayev beldə olan ağrıların artması şikayəti ilə həkimə müraciət etmişdir. İlkin müayinə nəticəsi olaraq xəstəyə “lümbalgiya” diaqnozu qoyulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsi tərəfindən aparılmış təhqiqatın nəticəsində tərtib olunmuş təhqiqat aktından, eləcə də “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 07/2024 nömrəli İZ aktında qeyd olunmuş məlumatlar əsasında belə nəticəyə qəlmək olar ki, SDM Təmir departamentinin NÖC və avtomatika üzrə mühəndisi X3 xx.xx.2023-cü il tarixdə saat 17:05 radələrində işdən çıxıb xidməti avtobuslar dayanan dayanacağa gedərkən SDM-in 6 nömrəli mühafizə postunu keçən zaman pilləkəndə ayağının burxulmasından SDM-in işəgötürənin, eləcə də müəssisənin digər vəzifəli şəxslərinin məlumatı olmamışdır. Göründüyü kimi, hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə X3 iş yerində pilləkəndən yıxılmasından SDM-in işəgötürənin, eləcə də digər vəzifəli şəxslərin məlumatı olmadığından müəssisədə baş vermiş hadisə barədə həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə məlumat verilməmişdir. X2 xx.xx.2023-cü il tarixdən işə çıxmadığından onun işə gəlməməsinin səbəbini də tam olaraq aydınlaşdırmaq mümkün olmamışdır. Yalnız işçi tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsi müəssisəyə təqdim olunan zaman müəyyən olunmuşdur ki, X4 X25 hospitalında müayinə olunan zaman “sol diz oynağı bağların gərilməsi Menisk yırtığı” diaqnozu qoyulmuşdur. Bundan sonra ona təyin olunmuş diaqnozun iş yerində pilləkəndə ayağının burxulması ilə əlaqədar təyin olunduğunu müəyyən etdikdən sonra bu barədə xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə bu barədə məlumat verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Baş vermiş hadisədən həmin gün SDM-in əməkdaşlarından heç kimin xəbəri olmadığı halda, işəgötürənin də bu barədə məlumatlı olması mümkün deyildir. Belə olan təqdirdə onun SDM-in işəgötürəni qismində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb olunmağı da qanunauyğun deyildir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Qanunvericiliyin tələbinə görə hadisə baş verdiyi gündən hətta bir gün sonra baş vermiş hadisə barədə X14 Xidmətinə məlumatın verilməsi İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəbdir. Yəni xx.xx.2023-cü il saat 24:00-dək hadisə barədə aidiyyəti orqana bu barədə məlumat verilmədiyindən İXM-nin 555.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilməli olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra X14 Xidməti Bakı şəhər idarəsi tərəfindən onun İXM-nin 555.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Onu da qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 08 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarixdə baxılan zaman tərəfindən yazılı izahat (vəsatət) verilərək iş üzrə icraata İXM-nin 53.1-ci maddəsinə əsasən xitam verilməsi xahiş olunsa da, inzibati tənbeh vermə haqqında qərarda bu barədə heç bir qeyd olunmamışdır. Göstərilənlərə əsasən, onun, yəni “X9” MMC-nin baş direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 1200 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 18 aprel 2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərardan şikayət vermiş X17 məhkəmə iclaslarında iştirak etməmiş, ərizə ilə müraciət edərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, şikayətini müdafiə etdiyini göstərmiş, onun iştirakı olmdan işə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları, işin faktiki hallarını nəzərə alaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X15 şikayətdə qeyd olunanlarla razılaşmayıb izahatında göstərmişdir ki, mübahisələndirilən 18 aprel 2024-cü il tarixli qərar qanuni və əsaslıdır. Belə ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X11 bu barədə məlumat verilməlidir. Belə məlumat verilməməklə inzibati xəta törədilir, məlumat vermədiyi müddətdə isə xətanı törətməyə davam edir, yəni uzanan əməldir. Hadisə 30 noyabr 2023cü il tarixdə baş vermişdir, lakin məlumat verilməməsi ilə xəta uzanmışdır, uzanan inzibati xəta olduğu üçün isə 18 aprel 2024-cü il tarixdə inzibati tənbeh verilə bilərdi. Məlumat yalnız 22 yanvar 2024-cü il tarixdə verilmişdir. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“X9” MMC-nin SƏTƏMM və Proses təhlükəsizliyi üzrə direktorunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış 22 yanvar 2024-cü il tarixli məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:05 radələrində “X9” MMC-nin (SDM) Təmir departamentinin NÖC və avtomatika üzrə mühəndisi X6 işdən çıxıb xidməti avtobuslar dayanan dayanacağa gedərkən SDM-in 6-cı mühafizə postunu keçdiyi zaman pilləkəndə ayağı burxulmuşdur. Həmin zamanlarda bel ağrısı problemləri ilə müalicə olunduğu üçün yaxınlıqda yerləşən SDM-in tibb məntəqəsinə müraciət etmiş, ona müvafiq yardım göstərilmiş və SDM-in tibb məntəqəsində “lumbalgiya” diaqnozu ilə qeydə alınmışdır. Bu səbəbdən də SDM-in tibb məntəqəsinin həkimləri tərəfindən SƏTƏMM departamentinə hadisə kimi məlumat verilməmişdir. Daha sonra X1 Medıcal Plazaya müraciət etmişdir. Keçən dövr ərzində iş yoldaşlarına xəstə olduğunu bildirdiyi, lakin dekabr ayının sonunda xəstəlik vərəqəsini təqdim etmədiyi üçün işçilərin davamiyyət cədvəlində naməlum səbəb kimi göstərilmişdir. xx.xx.2024-cü il tarixində iş yerinə xəstəlik vərəqəsi təqdim edərkən xəstəlik vərəqəsində “sol diz oynağı bağların gərilməsi, Menisk yırtığı” diaqnozu ilə xəstə olduğu məlum olmuşdur. Xəstəlik vərəqəsi təqdim edildikdən sonra xəstəlik vərəqəsində göstərilən diaqnoz SDM-in tibb məntəqəsindəki qeyd edilən diaqnoz ilə eyrilik təşkil etmədiyi üçün müəssisə tərəfindən müvafiq araşdırma aparılmış və belə qərara alınmışdır ki, bu hal işlə əlaqəlidir. Yuxarıda qeyd edilənlər bu gün tam aydın olduğu üçün məlumatı təqdim edirlər. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi tərəfindən tərtib olunmuş 08 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X9” MMC-nin işçisi X6 ilə 30 noyabr 2023-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat Cəmiyyətin baş direktoru X17 tərəfindən X14 Xidmətinə hadisə baş verən gün deyil, 22 yanvar 2024-cü il tarixdə verilmişdir. X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 18 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X9” MMC-nin baş direktoru X17 08 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında, Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 18 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının qəbul edilməsinə, “X9” MMC-nin işçisi X6 ilə bağlı 30 noyabr 2023-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumatın MMC-nin baş direktoru X17 tərəfindən X14 Xidmətinə hadisə baş verən gün deyil, 22 yanvar 2024-cü il tarixdə verilməsi, əsas olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkibi istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi halında yaranır. Hazırkı halda məhkəmə hesab edir ki, “X9” MMC-nin baş direktoru X17 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz vəzifəli şəxs X17 tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri onun tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Baş vermiş hadisədən həmin gün “X9” MMC-nin müvafiq əməkdaşlarının xəbəri olmaması barədə şikayət verən şəxsin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur, real deyildir və şəxsin inzibati məsuliyyətdən yayınmağa cəhd etmə kimi qiymətləndirilməklə nəzərə alınmır. Vəzifəli şəxs X12 təqsirli bilinərək tənbeh edildiyi Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi, qeyd olunan Məcəllənin Xüsusi hissəsinin 39-cu Fəsli ilə müəyyən edilmiş “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, hazırkı halda mübahisə yaradan məsələyə, sözügedən inzibati xətanın “başa çatmış” və ya “uzanan” inzibati xəta hesab edilib-edilməməsinə aydınlıq gətirilməsini zəruri hesab edir və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə istinad etməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Bir müddəanın müxtəlif cür təfsir olunması öz-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7S.R.L. və X18rşı iş üzrə 2012-ci il 7 iyun, §141; Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 2004-cü il 17 fevral, §65; Rekvenyi Macarıstana qarşı iş üzrə 1999-cu il 20 may, §34 tarixli Qərarları). İşin faktiki halları ilə müəyyən edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində təsbit edilmiş inzibati xətanın törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin icra edilməli olduğu gün hesab edilməlidir, çünki qanunverici istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün məhz hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi halında həmin maddə ilə məsuliyyət nəzərdə tutmuşdur. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə isə İXM-nin müvafiq olaraq 555.2 və 555.3-cü maddələrində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Müddətlərin saatlar, günlər, aylar və illərlə hesablandığı, müddətlər günlərlə hesablanarkən müddətin birinci gün gecə saat 12-də başlayıb, müddətin sonuncu gününun gecə saat 12-də qurtarması nəzərə alındıqda, məhkəmə hesab edir ki, baxılan iş üzrə inzibati xətanın törədilmə tarixi 30 noyabr 2023-cü il tarixinin başa çatdığından sonrakı 01 dekabr 2023-cü il tarixi kimi qəbul edilməli, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin tarixdən başlanmalı, 01 aprel 2024-cü il tarixdə isə həmin müddət başa çatmış hesab olunmalıdır. Baxılan işə münasibətdə vəzifəli şəxs X12 barəsində 18 aprel 2024-cü il tarixdə inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul olunarkən isə onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsinə imkan verən dörd aylıq müddət keçmiş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X12 şikayəti təmin edilməli, onun vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib, 1200 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 18 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli ləğv edilməli, X12 barəsində həmin maddə ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “X9” MMC-nin baş direktoru X12 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib, 1200 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 18 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli ləğv edilsin, X12 barəsində həmin maddə ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2237/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2237/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver