Məhkəmə qərarları › İş №3(007)-2246/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2246/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2246/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin nümayəndəsi X1 iştirakı ilə, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 11.08.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti” tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində həmin günə qədər (5 gün müddətində) məlumat təqdim etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, bildirişdən görünür ki, 21.06.2021-ci il tarixdə saat 12:02-də “Honda Accord” markalı 10-AS- 741 dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə etmiş şəxs tərəfindən Z.Bünyadov prospekti (Çermet körpüsü) 20 yanvar istiqamətində yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində tərtib edilmiş 11.08.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, 26 fevral 2020-ci il tarixli əmrlə “Honda Accord” markalı **-AS- *** dövlət qeydiyyat nişanlı avtomobil Vegilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin balansından çıxarılaraq, xidməti istifadə üçün Vegilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin balansına verilmiş, daha sonra 17 iyun 2020-ci il tarixli əmrlə “Honda Accord” markalı **-AS-*** nömrəli avtomobil Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin balansından çıxarılaraq xidməti istifadə üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatının balansına verilmiş, 28 oktyabr 2020-ci il tarixli əmrlə “Honda Accord” markalı **-AS-*** nömrəli avtomobil İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatının balansından çıxarılaraq xidməti istifadə üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsinin balansına verilmişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 21.06.2021-ci il tarixdə inzibati xəta törədilərkən nəqliyyat vasitəsi Vegilər Nazirliyi Milli Gəlirlər Departamentinin balansında olmamışdır. Qeyd olunanların nəzərə alınaraq inzibati xəta tərkibi olmadığı üçün “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək hesab edir ki, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində tərtib edilmiş 11.08.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati iş üzrə icraat materiallarına əlavə edilmiş sənədlərə əsasən, “Honda Accord” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 21.06.2021-ci il tarixdə inzibati xəta törədilərkən həmin nəqliyyat vasitəsinin Vegilər Nazirliyi Milli Gəlirlər Departamentinin balansında olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti” mülkiyyətində olmayan “Honda Accord” markalı 10-AS- 741 dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə etmiş və 21.06.2021-ci il tarixdə saat 12:02-də dən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs haqqında məlumatın verilməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğuya cavab verilməməsinə görə inzibati məsuliyyətə əsassız olaraq cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 11.08.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 11.08.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə “Vegilər Nazirliyi Milli Gəlirlər Departamenti”nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar