Məhkəmə qərarları › İş №3(007)-2252/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2252/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2252/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Mahir Məmmədovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Urfa Dönər” kafesində administrator işləyən, Bakı şəhəri, Xəzər rayonu Binə Atçılıqda yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-dən daxil olmuş 01.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi polis mayoru M.A.Məmmədov tərəfindən tərtib edilmiş 01.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən “Urfa Dönər” evində administrator işləyən Şəxs saat 01:20 radələrində karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi polis mayoru Mahir Məmmədov izahatında göstərmişdir ki, 31.08.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Urfa Dönər” evində karantin qaydaları pozulduğuna görə həmin kafedə administrator işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 01.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən “Urfa Dönər” evində administrator vəzifəsində işləyir. 31.08.2021-ci il tarixdə kafedə olmadığı vaxt, gözətçinin məsuliyyətsiziyi ucbatından beş nəfər kafeyə daxil olmuşdur. Həmin kafedə administrator işləyir və kafenin müdriyyəti başqa şəxsdir. Onun tərəfindən karantin qaydalarının pozulmasına yol verilməmişdir. İnzibati protokola əlavə olunmuş izahatında inzibati xəta törətdiyini qeyd etsə də, bunun mahiyyətini başa düşməmişdir. Belə ki, kafenin gecə fəaliyyət göstərməsində cavabdeh şəxs deyildir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana bildiriş göndərilsə də, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat təqdim etməmişdir. İnzibati işə inzibati orqanın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə daxil olmuş inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli yoxlayıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Mahir Məmmədovun izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi öz hüdudları daxilində fiziki şəxslər və vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, qanunvericilikdə vəzifəli şəxs hesab edilən fiziki şəxslərin anlayışı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Sənədlərdən görünür ki, Şəxs barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol 01.09.2021-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi polis mayoru M.A.Məmmədov tərəfindən tərtib edilmiş 01.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola münasibətdə “Urfa Dönər” evində administrator vəzifəsində işləyən Şəxs istər fiziki şəxs, istərsə də vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Şəxs 31.08.2021-ci il tarixdə 01:20 radələrində ünvan 1 ünvanda yerləşən “Urfa Dönər” evində olmamış (onun barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol 01.09.2021-ci il tarixdə tərtib edilmişdir) və eyni zamanda onun vəzifəli şəxs olduğu da müəyyən edilməmişdir. Belə olan hada Şəxs törətmədiyi və subyekt olmadığı əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. İş materiallarına əlavə edilmiş və Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Turab Paşayevə ünvanlanmış 31.08.2021-ci il tarixli raportdan görünür ki, 31.08.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Urfa Dönər” evində aşkarlanmış 5 nəfər şəxsin hər biri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi polis mayoru M.A.Məmmədov tərəfindən tərtib edilmiş 01.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi polis mayoru M.A.Məmmədov tərəfindən tərtib edilmiş 01.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar