Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2255/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tər-Tər şəhəri, E.Süleymanov küçəsi, ev 53 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X4 tərəfindən qəbul edilmiş 03 yanvar 2020-ci il tarixli qərardan görünür ki, X3 24 dekabr 2020-ci il tarixdə yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 58 saylı binanın qarşısında özünə məxsus “VAZ 2107” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomaşınında oğrulqu edilməsi barədə ərizəsi əsasında toplanmış HK1-3124 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X5 izahatında bildirmişdir ki, X3 24.12.2020-ci il tarixdə yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 58 saylı binanın qarşısında idarə etdiyi “VAZ 2107” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomaşına məxsus Pianer markalı maqnitafonu və avtomobildə qoyduğu 60 manat məbləğində pulunun yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində aşkar edilmişdir ki, Şəxs məxsus nəqliyyat vasitəsində oğurluq hadisəsini Şəxs tərəfindən törədilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X6 izahat verərək göstərmişdir ki, 13 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində yaşadığı yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 58 saylı binanın qarşısında idarə etdiyi “VAZ 2107” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomaşına məxsus Pianer markalı maqnitafonu və nəqliyyat vasitəsinə qoyduğu 60 manat məbləğində pulunun yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlanmasını bilmişdir.X1, Şəxs barəsində şikayətçi olduğunu, onun barəsində ən ağır həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olduğunu və barəsində ən yüngül həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil, Şəxs barəsində ən yüngül həddə cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətadan səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən X7 müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan X7 Haqqında Protokoldan görünür ki, Şəxs 02 sentyabr 2021-ci il, saat 16:10-da tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 sentyabr 2021-ci il, saat 16:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02 sentyabr 2021-ci il, saat 16:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2255/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2255/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver