Məhkəmə qərarları › İş №3(007)-227/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-227/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-227/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun iştirakı ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2793/2023-018, e-2-2(113)-4189/2023- 018 və e-2-2(113)-4199/2023-016 nömrəli icra sənədləri üzrə tələb "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra edilmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Nizami rayon icra məmuru çıxış edərək bildirdi ki, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədi üzrə müvafiq tələbləri yerinə yetirmədiyindən barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində protokol tərtib olunmuş vəzifəli şəxs və tələbkar məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclası dəfələrlə təxirə salınmış, beləlikdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 74950,06 manat əsas borc, 2.248 manat cərimə məbləği, 400 manat mediasiya xərci "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 2880.77 manat əsas borc, 200 manat dövlət rüsumu "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 34256.20 manat məbləğində borc iki dəfə ödəniş olmaqla xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixdə bərabər hissədə "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon icra şöbəsinin məmuru Zaur Həmzəyev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan “tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar