Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2276/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 06 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 06 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 06 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu 17 saylı Uşaq poliklinikasının qarşısında ** DT *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı maşından 3 nəfər şəxs, onlardan biri mülki geyimdə, digər ikisi isə polis formasında ona yaxınlaşaraq bildirmişlər ki, maskanın dəmirini sıxmamışdır, yəmi maska ağzında ola-ola. Xüsusilə qeyd edir ki, o, maşını poliklinikanın qarşısında saxlamışdır. Poliklinikanın işləyib-işləmədiyini yoxladıqdan sonra qayıdıb maşına minən zaman arxadan həmin şəxslər onu çağırmışlar və özlərini təqdim etmədən əsassız olaraq ondan sənədləri tələb edərək ona məcburi halda MN ******* nömrəli protokol tərtib edərək onu 200 manat məbləğində qanunsuz olaraq cərimələmişdir. 06 dekabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 200 manat cərimə olunması qanunsuzdur, o qərar ləğv olunmalıdır. Dəfələrlə ona bildirmişdir ki, yazdığı cərimə əsassızdır. Çünki maşından düşərək poliklinikaya yaxınlaşmağı və maşına qayıtmağı cəmi bir dəqiqə çəkməmişdir. Onlara bildirmişdir ki, protokoldan aidiyyəti üzrə məhkəməyə müraciət edəcəkdir. Əsassız yazılmış protokoldan təxminən saat 10:40-da aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin 102 məlumat mərkəzinə də müraciət etmişdir. 200 manat məbləğində cərimə edilməyi barədə tərtib edilmiş 06 dekabr 2020-ci il tarixli MN ******* nömrəli qərarın qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. Bununla yanaşı X4 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, müddətin üzürlü səbəbdən buraxıldığını nəzərə alaraq, qərardan şikayət verməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, cərimə olunmasına dair 06 dekabr 2020-ci il tarixli qərarı 13 aprel 2021-ci il tarixdə rəsmi qaydada əldə edib həmin vaxt qərardan şikayət vermiş, sonradan məlumat əldə etmişdir ki, məhkəmə tərəfindən şikayəti geri qaytarılmışdır. Bu barədə qərardadı, şikayətinə əlavə etdiyi sənədləri 01 sentyabr 2021-ci il tarixdə məhkəmədə əldə etdikdən sonra nöqsanı aradan qaldırıb yenidən şikayət vermişdir. Hesab edir ki, qərardan şikayət vermə müddəti üzürlü səbəbdən buraxmışdır. Bundan başqa polis əməkdaşı tərəfindən saxlanılıb barəsində protokol tərtib edilərkən o, açıq havada maskasız gəzməmişdir, yalnız avtomobilə minəndə maskanı bir az aşağı eləmişdir. Ona görə barəsində olan protokol əsassız olaraq tərtib edilmişdir. Vəsatətinin və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru X3 göstərmişdir ki, X1 inzibati qaydada tənbeh olunmasına dair 06 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olan 06 dekabr 2020-ci il tarixli, MN seyiyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən tərtib olunmuşdur. Belə ki, Koronavirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik işlərin aparılması ilə bağlı xidməti ərazidə olarkən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 84 ünvanında yerləşən 17 saylı Uşaq poliklinikasının qarşısında bir nəfər şəxsin, şəxsiyyətini sonradan müəyyən etdiyi X1 açıq havada tibbi maskadan düzgün istifadə etmədiyini, yəni tibbi maskanın həmin şəxsin çənə nahiyəsində olduğunu müəyyən etmişdir. Hansı ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tibbi maskadan istifadə qaydası öz əksini tapmışdır, bu qaydaya əməl etməmək isə inzibati məsuliyyətə səbəb olmuşdur. Eləcə də, X4 eyni xətaya görə daha əvvəl inzibati tənbeh alsa da, bu barədə qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Hesab edir ki, tərtib etdiyi inzibati xəta haqqında protokol əsaslı olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, vəsatət və şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, prosessual müddətin bərpasına dair vəsatət təmin edilməli, qərardan şikayət isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 06 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 06 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 84 ünvanında tibbi maskadan istifadə etməyərək epidemiya əleyhinə rejimin tələbini pozsuğuna görə, X4 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunun mənasına görə, qərardan şikayət vermə hüququnun yaranması, müddətin axımının başlanması üçün qərar müvafiq şəxsə rəsmi qaydada verilməli, təqdim olunmalıdır. Baxılan iş üzrə mübahisələndirilən 06 dekabr 2020-ci il tarixli qərar X2 13 aprel 2021-ci il tarixdə rəsmi qaydada verildikdən sonra o, qərardan şikayət vermiş, müvafiq nöqsanların aradan qaldırılması üçün şikayət qərardadla geri qaytarılmış, poçt sənədləri çatdırılmadığından məhkəməyə geri qaytarılmış, X4 qərardadı 01 sentyabr 2021-ci il tarixdə rəsmi qaydada əldə edərək nöqsanları aradan qaldırdıqdan sonra 07 sentyabr 2021-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Bununla da, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət X4 tərəfindən üzürlü səbəbdən buraxılmış hesab edilməklə, ona münasibətdə həmin müddət bərpa edilməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə və 06 dekabr 2020-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X4 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Nazirlər Kabinetinin bu qəbildən olan qərarlarının tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımalı olduqları təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X4 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edilməsinə baxmayaraq, 06 dekabr 2020-ci il tarixdə həmin qaydaları pozaraq açıq havada fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməklə Nazirlər Kabinetinin bununla bağlı qərarının tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X4 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl edilməyərək, belə pozuntuya yol vermişdir, hansı ki, onun özü də yol verdiyi inzibati xəta hadisəsini etiraf edir, irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 06 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin, 06 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət X2 münasibətdə üzürlü səbəbdən buraxılmış hesab olunaraq, bərpa edilsin. X1 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 06 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2276/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2276/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver