Məhkəmə qərarları › İş №3(007)-2281/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2281/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2281/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 15 aprel 2022-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 15 aprel 2022-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin MMX tamamilə qanunsuz və əsassız EQ ******* saylı, 15 aprel 2022-ci il tarixli elektron qərarı əsasında barəsində AR İXM-nin 327.4-cü maddəsi ilə inzibati tənbeh verilmişdir. Elektron qərar barədə ona nə telefon vasitəsilə məlumat verilmiş, nə də ki, poçt vasitəsilə həmin qərar ünvanına göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə təsadüf nəticəsində elektron qərarın mövcudluğundan xəbər tutan kimi dərhal yuxarı orqana yazılı şikayət vermişdir. Ərizəsi əsasında aparılan araşdırma zamanı barəsində tərtib edilmiş elektron qərarın surətini təkidli tələbi əsasında xx.xx.2022-ci il tarixdə əldə etmişdir. 08 sentyabr 2022-ci il tarixdə isə DYP qurumunun yuxarı orqanından şikayətinə cavab gəlmiş və dərhal Nizami Rayon Məhkəməsinə qərarın ləğvi ilə bağlı şikayət vermişdir. Şikayəti Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış və qərardad xx.xx.2022-ci il tarixdə ona təqdim edilmişdir. Əsassız və qərəzli tərtib edilən elektron qərara əsasən guya o, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozaraq üfüqi nişanlanma xəttlərinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini nəqliyyat axınına əks istiqamətdə idarə etmişdir. Əslində isə tərəfindən heç bir xəta törədilməmiş, yol hərəkəti qaydasına əməl etməklə avtomobilini idarə etmiş, heç bir qaydanı pozmamışdır. O, AR DİN DYP orqanlarında uzun müddət fəaliyyət göstərərək təqaüdə çıxmışdır, özü Qarabağ müharibəsi veteranıdır. “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərinə daima riayət edən şəxs olaraq indiyədək heç bir qayda pozuntusu törətməmişdir. DYP tərəfindən tərtib edilən elektron qərarın əsassızlığına və qanunsuzluğuna şahid olmaq üçün inzibati xəta törədilməsi ehtimal edilən ünvana baxış keçirtmək kifayət edər. Qeyd edilən ünvanda yol nişanları və üfüqi nişanlanma xətti silinmişdir. Ümid edir ki, məhkəmə bu ərazinin görüntülərini sorğu əsasında tələb edərək iş materiallarına əlavə edəcək. DYP orqanının qərəzli olaraq tərtib etdiyi elektron qərarın formal mülahizələr əsasında tərtib edilməsi faktı aşkar olaraq göz qabağındadır. Bu isə konstitusion vətəndaş hüquqlarının məhdudlaşdırılması və qanuni maraqlarımın kobud pozulması deməkdir. İnzibati xəta haqqında elektron qərar düzgün tərtib edilməmiş, barəsində inzibati xəta haqqında elektron qərar çıxarılmış fiziki şəxs dəvət edilərək, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə, elektron qərarla tanış edilməmişdir. Elektron qərar birtərəfli qaydada tərtib edilmiş, nəticədə, əsassız olaraq barəsində inzibati xəta haqqında elektron qərar çıxarılmış fiziki şəxs izahat vermək, elektron qərarın məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Elektron qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış və ya belə qeydiyyatın aparılmamamasının səbəbləri göstərilməmişdir. İnzibati xəta haqqında elektron qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməmiş, nə də ki, həmin şəxsin ünvanına göndərilmişdir. Elektron qərar tərtib edilərkən şəxsin iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Bütün bunlar isə ona dəlalət edir ki, əsassız tərtib edilmiş elektron qərar vəzifəli şəxsin öz fərziyyələri əsasında tərtib edilib. Qanunun birmənalı tələbindən görünür ki, inzibati xəta hansı əməllər hesab edilməlidir. Vəzifəli şəxsin öz fərziyyələri əsasında inzibati xəta haqqında protokolu tərtib etməsini mövcud qanunvericilik də birmənalı olaraq rədd edir. Mövcud qanunvericiliyin konkret və birmənalı tələbləri kobudcasına pozularaq Baş Dövlət Yol Polis İdarəsi MMX tərəfindən barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin barəsində qanusuz və tamamilə əsassız olaraq tərtib etdiyi EQ ******* saylı, 15 aprel 2022ci il tarixli elektron qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, X1 şikayətləri daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsində araşdırılmış, bu araşdırmada şikayətçinin də iştirakı təmin olunmuşdur. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, X3 Bakı şəhəri, Özbəkistan küçəsində idarə edərkən yol hərəkəti qaydalarının tələbini pozub yolun hərəkət hissəsinə çəkilmiş 1.1 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli nəqliyyat axınının hərəkət zolağında hərəkətini davam etdirmiş, bununla da inzibati xətaya yol verdiyindən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Qəbul edilmiş qərar barədə sms vasitəsilə həmin şəxsə məlumat verilmişdir. İnzibati xəta faktı foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 15 aprel 2022-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -DİN BDYPİ-nin 15 aprel 2022-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Volkswagen Amarok minik” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Q.Qarayev-Özbəkistan küçəsinin kəsişməsində 15 aprel 2022-ci il tarixdə saat 12:29:35-də “üfüqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə”, Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisinin 25 avqust 2022-ci il tarixli 046-32692M-3222 nömrəli məktubundan görünür ki, X1, onun barəsində əsassız inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılması barədə müraciətləri özünün iştirakı ilə araşdırılmışdır. Müəyyən edilmişdir ki, o, 15 aprel 2022-ci il, 06 iyun 2022-ci il və 02 avqust 2022-ci il tarixlərdə “Volkswagen Amarok minik” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Özbəkistan küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinin tələbini pozub yolun hərəkət hissəsinə çəkilmiş 1.1 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağında hərəkətini davam etdirməsi foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi üzrə EQ 9574925, EQ 10124189 və EQ 10825810 nömrəli qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermək haqqında elektron qərarlar çıxarılmışdır. Araşdırma zamanı yol verdiyi inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Araşdırmanın nəticəsindən narazı qaldığı halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən məhkəməyə şikayət etmək hüququ X2 izah edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 15 aprel 2022-ci il tarixdə “Volkswagen Amarok minik” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Özbəkistan küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinin tələbini pozub yolun hərəkət hissəsinə çəkilmiş 1.1 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağında hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. X1 ilkin müraciəti yuxarı səlahiyyətli orqan tərəfindən onun özünün iştirakı ilə araşdırılmış, araşdırma zamanı onun yol verdiyi inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. X1 şikayətində irəli sürdüyü dəlillər subyektiv fikirləri olmaqla, inzibati tənbeh vermə haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 15 aprel 2022-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar