Məhkəmə qərarları › İş №3(007)-2283/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2283/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2283/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, şikayətçi X4, qərarından şikayət verilən orqanın nümayəndəsi X1 iştirakı ilə, X4 xx.xx.2025-ci il tarixli, EQ26686903 nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN-nin xx.xx.2025-ci il tarixli, EQ 26686903 saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 mart 2025-ci il tarixində saat 10:30 radələrində idarə etdiyim 99BV496 dövlət qeydiyyat nişanlı “ NİSSAN SUNNY MİNİK ” markalı avtomobilini Bakı şəhərinin Nizami rayonu ərazisində Azər Manafov küçəsində yerləşən beş mərtəbəli, 16 saylı çoxmənzilli yaşayış binasının qarşısında, yəni Tofiq Abbasov küçəsi tərəfdən Qara Qarayev istiqamətinə irəliləyib yolayrıcını keçdikdən sonra yolun sağ tərəfində yol hərəkəti haqqında Qanunun tələblərinə uyğun olaraq Faxralı kafesinin yanında saxlamışdır. Bildirmişdir ki, artıq on ildən artıq bir müddətdə həmin ərazidə avtomobilini saxlayır. Bu müddət ərzində yol polisi əməkdaşları tərəfindən ona heç bir irad tutulmamış və heç bir cərimə yazılmamışdır. Demək olar ki, hər gün həmin yolun hər iki tərəfində X7nin əməkdaşı planşetlə durma qaydalarını pozduğuna görə, “durmaq qadağandır” nişanı quraşdırılan tərəfdə, növbəti yolayrıcına qədər dayanmış və qaydaları pozmuş sürücülər barəsində planşetlə avtomobillərin şəklini çəkib məlumatları informasiya sisteminə göndərməsinin şahidi olmuşdur. 16 mart 2025-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi 99BV496 dövlət qeydiyyat nişanlı “ NİSSAN SUNNY MİNİK” markalı avtomobilini Bakı şəhərinin Nizami rayonu ərazisində Azər Manafov küçəsində yerləşən beş mərtəbəli 16 saylı çoxmənzilli yaşayış binasının qarşısında qanunun tələblərini pozmadan saxlayıb faktiki yaşadığı həmin binadakı mənzilinə getmişdir. Təxminən göstərilən tarixdəki vaxtdan 30-40 dəqiqə sonra X7 tərəfindən güya yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar (durma qaydalarım pozmağa görə) ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinin pozulması adı altında xx.xx.2025-ci il tarixli elektron qərar tərtib edilmişdir. O, həmin vaxt həmin qərardan elektron formada şikayət vermişdir. Elektron qaydada şikayətinə cavab verilmədiyi üçün DYP-nin Nizami rayon Şöbəsinə müraciət edib qərarın surətini 29 aprel 2025-ci il tarixdə almışdır. X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ********) qanunsuz və əsassızdır. Belə ki, “durmaq qadağandır ” yol nişanı Azər Manafov küçəsi ilə Tofiq Abbasov küçəsinin kəsişdiyi yerdə Azər Manafov küçəsinin başlanğıcının sağ tərəfində quraşdırılmışdır, həmin qadağanedici yol nişanının qüvvəsi növbəti yolayrıcına qədərdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 6-cı bəndinə əsasən, 3.28 nişanının qüvvəsi nişanın qoyulduğu verdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Mübahisəli yolayrıcının digər yola çıxışı var və fəaliyyətdədir. Eyni zamanda xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ********) qüsurla tərtib edilmişdir. Belə ki, qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və istifadə müddəti ilə əlaqədar məlumatlar öz əksini tapmamışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ********) ona 29 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. Qərardan şikayət vermiş X5 məhkəmə iclasında çıxış edərək şikayətin məzmununa uyğun izahat verib qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X2 çıxış edərək bildirdi ki, Nizami rayonu, Tofiq Abbasov küçəsi ilə Azər Manafov küçəsinin kəsişməsində qadağanedici nişan quraşdırılmışdır. Həmin nişanın təsir qüvvəsi isə növbəti yol ayrıcına qədərdir. Şikayətçinin nəqliyyat vasitəsini saxladığı ərazidə, sağ tərəfdə nəqliyyat vasitələri üçün parklanma nəzərdə tutulduğundan, həmçinin yaşayış binlarının həyətinə giriş olduğu üçün oradan sağa yol dönür, laki bu yol ayrıcı hesab edilmədiyindən həmin hissədə də nişan öz təsir qüvvəsini saxlayır. O cümlədən həmin qadağanedici nişanın təsir qüvvəsi Q.Qarayev prospekti ilə kəsişməyə qədər davam edir. Həmçinin bildirdi ki, inzibati xəta təhlükəsizlik kameralrı tərəfindən qeydə alınmışdır, qərar tamamilə qanuni və əsaslıdır. Bu səbəbdən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitsəinin sürücüsü X5 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, şikayətçi şikayətində qeyd edilən pozuntuların törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Qərardan şikayət vermiş X4 idarə etdiyi “Nissan Sunny” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində xx.xx.2025-ci il tarixdə, saat 10:30-da dayanma qaydalarını pozması işdə olan qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş ifadələr və fotoşəkillə öz təsdiqini tapmışdır. Nəqliyyat vasitəsinin dayanma və durma üçün nəzərdə tutulmayan 3.27 yol nişanının təsir zonasında saxlanılması İXM-nin 346.1-ci maddəsinin tərkib əlamətlərini yaratmış olur. Belə ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən yolayrıcı dedikdə yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi başa düşülür. İnzibati xətanın törədildiyi ünvanda sağ tərəfə nəqliyyat vasitələrinin parklanması üçün yaxud yaşayış binalarının həyətinə daxil olmaq üçün nəzərdə tutulmuş yol yolayrıcı hesab edilmir və Tofiq Abbasov və Azər Manafov küçələrinin kəsişməsində yolun sağ hissəsində quraşdırılmış qadağanedici nişan həmin ərazidə də öz təsir qüvvəsini saxlamış olur. Həmçinin qərardan şikayət verən şəxsin məhkəmədə veridiyi ifadə ilə onun həmin ərazidə nəqliyyat vasitəsini saxladığına görə dəfələrlə cərimə olunması və həmin cəriməni ödəməsi ilə vətəndaşın həmin ərazidə nəqliyyat vasitəsini saxlamanın qadağan olmasından məlumatlı olması öz təsdiqini tapmış olur. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddələrin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-nin xx.xx.2025-ci il tarixli EQ 26686903 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar