Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2285/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26897851 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X6 Azərbaycan Respublikası DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26897851 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 14:36 radələrində idarə etdiyi “Nissan Sunny” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən beş mərtəbəli, 16 saylı çoxmənzilli yaşayış binasının qarşısında, yəni Tofiq Abbasov küçəsi tərəfindən Qara Qarayev istiqamətinə irəliləyib yolayrıcını keçdikdən sonra yolun sağ tərəfində “X7” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Faxralı” kafesinin yanında saxlamışdır. Artıq on ildən artıq müddətdir ki, avtomobilini həmin ərazidə saxlayır. Bu müddət ərzində yol polisi əməkdaşları tərəfindən ona heç bir irad tutulmamış və heç bir cərimə yazılmamışdır. Demək olar ki, hər gün həmin yolun hər iki tərəfində X10nin əməkdaşının planşetlə durma qaydalarını pozduğuna görə “durmaq qadağandır” nişanı quraşdırılan tərəfdə növbəti yolayrıcına qədər dayanmış və qaydaları pozmuş sürücülər barəsində planşetlə avtomobillərin şəklini çəkib məlumatların informasiya sisteminə göndərməsinin şahidi olur. xx.xx.2025-ci il tarixdə saat 14:36 radələrində idarə etdiyi “Nissan Sunny” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən beş mərtəbəli, 16 saylı çoxmənzilli yaşayış binasının qarşısında qanunun tələblərini pozmadan saxlayıb faktiki yaşadığı həmin binadakı mənzilinə getmişdir. Təxminən göstərilən tarixdəki vaxtdan 30-40 dəqiqə sonra X10 tərəfindən güya yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar (durma qaydalarını pozmağa görə) ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinin pozulması adı altında xx.xx.2025-ci il tarixli elektron qərar tərtib edilmişdir. O, həmin vaxt həmin qərardan elektron formada şikayət vermişdir. Elektron qaydada şikayətinə cavab verilmədiyi üçün DYP-nin Nizami rayon Polis Şöbəsinə müraciət edib inzibati tənbeh vermə haqqında qərarın surətini 29 aprel 2025-ci il tarixdə almışdır. X10 tərəfindən onun adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli elektron qərar (EQ seriyalı, ********) qanunsuz və əsassızdır. Belə ki, “durmaq qadağandır” yol nişanı Azər Manafov küçəsi ilə Tofiq Abbasov küçəsinin kəsişdiyi yerdə Azər Manafov küçəsinin başlanğıcının sağ tərəfində quraşdırılmışdır. Həmin qadağanedici yol nişanının qüvvəsi növbəti yolayrıcına qədərdir. Belə ki, “X7” Azərbaycan Respubİikası Qanununun 64-cü maddəsinin 6-cı bəndinə əsasən 3.28 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Mübahisəli yolayrıcının digər yola çıxışı var və fəaliyyətdədir. Eyni zamanda xx.xx.2025-ci il tarixli elektron qərar (EQ seriyalı, 26897851 nömrəli) qüsurla tərtib edilmişdir. Belə ki, qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və istifadə müddəti ilə əlaqədar məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətinə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ ********) ona 29 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. Onun etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny“ markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ilə Tofiq Abbasov küçəsinin kəsişdiyi yerdə, Azər Manafov küçəsinin başlanğıcının sağ tərəfində quraşdırılmış “durmaq qadağandır" yol nişanının təsir dairəsindən sonra, yəni yolayrıcını keçdikdən sonra durduğuna və “X7’' Azərbaycan Respublikası Qanununun tələblərini pozmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Respublikası DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26897851 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, protokol düzgün tərtib olunmuş və qərar düzgün qəbul olunmuşdur. X8 küçəsində 3.27 nişanının təsirində olan yerdə avtomobilini saxlamışdır. Əgər nişan tələbi varsa ona əməl edilməlidir, həmin ərazi binanın girişidir və yolayrıcı hesab olunmur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. - Azərbaycan Respublikası DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ seriyalı, 26897851 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 14:36-da ünvan 1 ünvanında idarə etdiyi “Nissan Sunny” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə durma qaydalarını pozmuşdur. Nəticədə X6 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 346.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26897851 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası DİN Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26897851 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2285/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2285/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver