Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2295/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, 11 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-si tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rinspektoru X4 tərəfindən tərtib edilmiş 09.08.2021-ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xüsusi karantin rejim qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəis müavini X8 tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4 000 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X1 şikayət verərək, barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-si tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 38A-da yerləşən “EM Billiard & Lounge club"-da saat 23:00-da baş vermişdir. Belə ki, polis əməkdaşları həmin restorana gələrək gecə saat 00:00-dən sonra karantin qaydalarına əsasən restoranı işlətməyə icazə verilmədiyini və restoranı bağlamaqı tələb etmişlər. Bundan sonra restoranın işçisi polis əməkdaşına restoranda heç bir müştərinin olmadığını, saat 23:10 olduğunu və restoranda 2 işçinin olduğunu, onlarında yekun olaraq hərşeyi yığışdırıb çıxacaqlarını bildirmişdir. Daha sonra “EM Billiard & Lounge club”-un işçisi ona zəng edərək polis əməkdaşlarının restoranı qanunsuz cərimələmək isdədiklərini bildirmişlər. Sözü gedən restoran faktiki olaraq Elçin Qədimbəyliyə aiddir və həmin adam hal-hazırda Türkiyə Respublikasındadır. Onun “EM Billiard & Lounge club”-la bağlı heç bir rəsmi əlaqəsi yoxdur. Elçin Qədimbəyli onun dostu olduğundan nə baş verdiyini öyrənməyə görə həmin restorana getmiş və polis əməkdaşlarına nə qədər desə də ki restoranın sahibi deyil, onlar yenə də onu "EM Billiard & Lounge club”-un sahibi olaraq 23-cü polis bölməsinə dəvət etmiş və 2-3 saat orada saxlayaraq 01:56-da İXM-nın 211.1-ci maddəsi ilə onu vəzifəli şəxs kimi 4000 manat cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında X3 izahat verərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babkək prospekti 38A ünvanda yerləşən “EM Biliard & Lounge club” restoranı faktiki olaraq dostu Elçin Qədimbəyliyə aid olmuş, həmin restoranla onun işçi kimi və ya cavabdeh şəxs kimi heç bir bağlılığı olmamışdır. Elçin Qədimbəyli 09.08.2021-ci il tarixdə Türkiyə Respublikasında olduğuna və restoranın işçisi ona zəng edərək polis əməkdaşlarının restoranı qanunsuz cərimələmək istədiklərini bildirdiyinə görə nə baş verdiyini öyrənmək üçün restorana getmişdir. Polis əməkdaşlarına restoranın sahibi olmadığını bildirməsinə baxmayaraq, restoranın sahibi kimi polis bölməsinə dəvət olunmuş və barəsində cərimə tətbiq edilmişdir. Buna görə də vəzifəli şəxs kimi izibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi əsassız olduğu üçün qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana bildiriş göndərilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati işə inzibati orqanın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə daxil olmuş şikayəti iş materialları ilə əlaqəli yoxlayıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını dinləyərək hesab edir ki, X2 barəsində qəbul edilmiş 09.08.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi öz hüdudları daxilində fiziki şəxslər və vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, qanunvericilikdə vəzifəli şəxs hesab edilən fiziki şəxslərin anlayışı dəqiq göstərilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rinspektoru X4 tərəfindən tərtib edilmiş 09.08.2021-ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokola münasibətdə X2 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, X2 “EM Biliard & Lounge club” restoranına aidiyyətini təsdiq edən məlumatlar olmadığına görə onun həmin restoranda vəzifəli şəxs olması və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə qənaətə gəlmək mümkün deyil və belə olan hada törətmədiyi və subyekt olmadığı əmələ görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 təqsirliliyinin sübuta yetirilməməsi ilə barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəis müavini X8 tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 təqsirliliyinin sübuta yetirilməməsi səbəbindən barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəis müavini X8 tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2295/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2295/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver