Məhkəmə qərarları › İş №3(007)-2300/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2300/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2300/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi, qərardan şikayət vermiş X3 nümayəndəsi və vəkili Vəkil, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 nümayəndəsi Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və onun əsasında qəbul edilmiş 31 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və onun əsasında qəbul edilmiş 31 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 11 saylı RETSİ) xidməti ərazisində həmin idarənin müfəttişləri tərəfindən “Sarı Gəlin” şadlıq sarayında keçirilən monitoringin nəticəsində atmosfer havasına atılan zərərli maddəiərin yol verilə bilən həddən artıq olmasını və bununla da “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin pozulduğunu əsas gətirərək 2023-ci il 17 mart tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokola əsasən idarə tərəfindən 31 mart 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 2500 (iki min beş yüz) manat məbləğində cərimələnmişdir. Qeyd edilən inzibati xəta haqqında tərtib edilərkən və inzibati tənbeh vermə qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, iş üzrə lazımı araşdırma aparılmadan qanunsuz qərar qəbul edilmişdir. 11 RETSİ işə baxarkən ilkin olaraq nəzərə almamışdır ki, müfəttişləri tərəfindən tərtib edilmiş protokol bir neçə səbəbdən qanunsuzdur. Belə ki, “sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1dək dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısının 2-ci bəndinə əsasən, “bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır”. Qeyd olunan Qanunun 3.1 -ci maddəsinə əsasən, “bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. Göründüyü kimi, 11 saylı RETSİ müvafiq razılıq almadıqlarından sahibkarlıq subyektində apardıqları yoxlamanın hüquqi nəticəsinin olmamasına baxmayaraq, kobud surətdə qanunvericiliyin müddəalarını pozaraq yoxlama keçirmiş və nəticə olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmçinin protokol və qərarda atmosfer havasına atılan zərərli maddələrin yol verilə bilən həddi qeyd edilmiş, lakin həmin normativlərin hansı qanunvericilik aktlarında əks olunduğu qeyd edilməmişdir, faktiki olaraq həmin hədd hər hansı qanunvericiliyə əsaslanmadan tətbiq edilmiş, “Atmosfer havasının mühafizə haqqında Qanun”un müddəaları pozulmuşdur. Həmçinin qeyd edilməlidir ki, həmin ərazidə bir neçə iaşə obyekti fəaliyyət göstərir və ölçmə cihazının yerdə yerləşdiyini nəzərə alaraq, havaya atılan zərərli maddələrin məhz “Köhnə Bərə” restoranın fəaliyyəti nəticəsində əmələ gəldiyini cihazın necə müəyyən etdiyi ciddi şübhələr doğurur. Həmin cihazın qeydiyyat nömrəsi, sonuncu dəfə yoxlamadan və kalibrləşmədən nə vaxt keçdiyi protokolda qeyd edilmədiyindən həmin cihazın ölçməsinin dəqiqliyi hər hansı formada sübut oluna bilməz. Həmçinin həmin cihazın “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013- cü il 13 iyun tarixli 686-İVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 187 nömrəli, 9 iyun 2014-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi Qaydası”na əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş qərar əsasında ölçmə vasitələrinə aid edilməsini təsdiq edən sənəd və və həmin ölçmə cihazına qeyd edilən qurum tərəfindən verilməli olan sertifikat mövcud olmadığından inzibati xətanı belə bir cihazın vasitəsilə müəyyən edilməsi qanunsuz və əsassızdır. Göründüyü kimi, 11 saylı RETSİ həm inzibati xəta haqqında protokol tərtib edərkən, həm də inzibati xəta haqqında işə baxıb qərar qəbul edərkən səhvlərə yol verməklə qanunsuz və əsassız qərar qəbul etmişdir və qərar ləğv edilməlidir. Məhkəmə iclasında X1 nümayəndəsi Vəkil təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, atmosferə atılan zərərli maddələrin həddini ölçən cihazın qanunla müəyyən olunmuş qaydada sonuncu dəfə yoxlamadan və kalibrləşmədən nə zaman keçməsi barədə məlumatın protokolda qeyd olunmaması və müvafiq sertifikatın olamaması protokol və qərarın ləğvi üçün əsasdır. Odur ki, 17 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 31 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, “Sarı Gəlin” şadlıq sarayında keçirilən monitorinq nəticəsində atmosfer havasına atılan zərərli maddələrin yol verilə bilən normadan artıq olmasını bildirmişdir. Həmçinin atmosferə atılan zərərli maddələrinin həddini ölçən cihazın xüsusi yoxlamadan keçdiyini təsdiq edən kalibrləmə sertifikatını məhkəməyə təqdim edərək, ölçmənin qanunla müəyyən olunmuş qaydada dəqiq aparıldığını bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş OMS K 07882 saylı kalibrləmə sertifikatına əsasən atmosferə atılan zərərli maddələrin həddini ölçən qaz analizatoru Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 İdarəsinin sifarişi əsasında sonuncu dəfə xx.xx.2022-ci il tarixdə kalibrləmədən keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 31 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 31 mart 2023cü il tarixli MN seriyalı ******* nömrəli qərarından X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar