Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2303/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X7, zərərçəkmiş şəxslər X1, X8, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs 13.04.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən mebel mağazasının çöl hissəsində quraşdırılmış “Samsung” markalı kondisioneri oğurlamışdır. Bundan başqa Şəxs 13.04.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 116 ünvanında yerləşən mebel mağazasının çöl hissəsində quraşdırılmış “Beko” markalı kondisioneri oğurlamışdır. Bundan başqa Şəxs 14.04.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən kişi salonunun çöl hissəsində quraşdırılmış “BK-200” markalı kondisioneri oğurlamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi E.S.İslamov tərəfindən 13.09.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli, MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X10 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, pula ehtiyacı olduğundan 13.04.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 və 116 ünvanlarında yerləşən mebel mağazalarının çölündə quraşdırılmış kondisionerləri və 14.04.2021-ci il tarixdə gecə saatlarında Q.Qarayev prospekti 126 ünvanında yerləşən kişi salonunun çölündə quraşdırılmış kondisioneri oğurlamışdır. Oğurladığı kondisionerləri “8-ci km” bazarında tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş və onlarla barışmışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, 14.04.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən icarə əsasında işlətdiyi mebel mağazasının çöl hissəsində quraşdırılmış “Samsung” markalı kondisionerin oğurlandığını aşkar etmişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 14.04.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 116 ünvanında yerləşən icarə əsasında işlətdiyi mebel mağazasının çöl hissəsində quraşdırılmış “Beko” markalı kondisionerin oğurlandığını aşkar etmişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 izahat verərək bildirmişdir ki, 15.04.2021ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən işlətdiyi kişi salonunun çöl hissəsində quraşdırılmış “BK-200” markalı kondisionerin oğurlandığını aşkar etmişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işindən materialların ayrılması haqqında 06.07.2021-ci il tarixli qərardan görünür ki, X3 məxsus “Beko” markalı kondisionerin oğurlanması barədə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciəti əsasında toplanmış HK-1-975 nömrəli material, X4 məxsus “Samsung” markalı kondisionerin oğurlanması barədə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciəti əsasında toplanmış HK-1-976 nömrəli material və X9 məxsus “BK-200” markalı kondisionerin oğurlanması barədə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciəti əsasında toplanmış HK-1002 nömrəli materialların ********* nömrəli cinayət işindən ayrılaraq Şəxs barəsində inzibati tədbir görülməsi məqsədilə aidiyyəti üzrə Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslər X5, X6 və X13 ilə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2303/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2303/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver