Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2308/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 17 fevral 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Xanallar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 sentyabr 2021-ci il tarixdə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəməyə daxil olmuş şikayət ərizəsi şikayətçi şikayətini tam aydın olaraq qanunla əsaslandırmadan məhkəməyə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2308/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2308/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver