Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2309/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 327.3, 511.1.3, 332.1, 327.6, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 10.09.2021-ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində idarə etdiyi “Lada Priora” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru R.Ə.Rəhimov tərəfindən 13.09.2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 10.09.2021-ci il tarixdə saat 20:15 radələrində Şəxs idarə etdiyi “Lada Priora” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ona “saxla” işarəsi verilmiş, Şəxs tabe olmayaraq avtomobili saxlamamışdır. Şəxs idarə etdiyi avtomobillə manevr qaydalarını pozmuş, qarşıda işıqforun qırmızı işığında dayanmış “Renault Logan” markalı avtomobili vurmuş, sonra avtomobili qəflətən arxaya verərək təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış, avtomobillə səkiyə çıxmış, əks istiqamətli hərəkət zolağına keçərək hadisə yerindən yayınmışdır. “Kontakt Home” mağazasının qarşısında idarə etdiyi avtomobilin sürət qutusu xarab olduğu üçün avtomobili orada qoyaraq avtomobildə olan sərnişinlə birlikdə qaçmışdır. İki gün sonra Şəxsı atası vasitəsi ilə tapmışlar, hadisə ilə bağlı izahatını alaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “Lada Priora” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil şirkətə məxsus olmuş, Şəxs həmin avtomobili idarə etməsi üçün yol vərəqəsi və sürücülük hüququ olmamışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 10.09.2021-ci il tarixdə təxminən saat 20:10 radələrində idarə etdiyi “Lada Priora” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Rüstəmov küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul “ona” saxla işarəsi vermişdir. Onun yol vərəqəsi, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadığından və ödənilməmiş cərimələri olduğundan qorxmuş, avtomobili saxlamamışdır. Q.Qarayev prospektində sıxlıq olduğundan qırmızı işıqda dayanmış “Renault Logan” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Sonra avtomobili arxaya verərək səkinin üstündən keçərək əks istiqamətli yola çıxmışdır. Q.Qarayev prospektində “Kontakt Home” mağazasının yanından sağa dönərək avtomobili orada saxlayıb qaçmışdır. Səhv etmişdir, əməlindən peşmandır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X1 izahat verərək bildirmişdir ki, 10.09.2021-ci il tarixdə təxminən saat 20:10 radələrində xidmətdə olarkən “Lada Priora” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə sürücüyə “saxla” işarəsi vermişlər. Sürücü “saxla” işarəsinə tabe olmadığı üçün onu təqib etməyə başlamışlar. Sürücü Q.Qarayev prospektində hərəkət edərək tez-tez sağ və sol hərəkət zolağına keçərək manevr qaydalarını pozmuş, qarşıda işıqforun qırmızı işığında dayanmış “Renault Logan” markalı avtomobili arxadan vurmuş, qəflətən avtomobili yüksək sürətlə arxaya verərək təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış, nəqliyyat vasitələrinin axınlarını ayıran bardurdan keçərək əks istiqamətli yola çıxaraq üzü “Dakar” dairəsi istiqamətində hərəkət etmişdir. “Kontakt Home” mağazasının qarşısında idarə etdiyi avtomobilin sürət qutusu xarab olduğu üçün avtomobili orada qoyaraq qaçmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X4 izahat verərək bildirmişdir ki, 10.09.2021-ci il tarixdə təxminən saat 20:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Renault Logan” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu Q.Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanan zaman arxadan “Lada Priora” minik markalı avtomobil sürətlə gələrək sağ ön hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sağ bamper hissəsindən vurmuşdur. Sonra “Lada Priora” markalı avtomobilin sürücüsü avtomobili qəflətən yüksək sürətlə arxaya vermiş, sürtünmə səsləri çıxararaq səkinin üzərinə çıxıb qarşı hərəkət yoluna çıxaraq qaçmışdır. Hadisə nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “DİN-nin DYP-nin web portalı”ndan çıxarışdan görünür ki, Şəxs 30.07.2021-ci il tarixdən 26.01.2022-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol və raportu tərtib etmiş şəxslərin, şahidin izahatı, həmçinin elektron daşıyıcıda əksini tapan sözügedən qayda pozuntusunun videoçəkilişləri ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMnin 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 332.1, 327.6, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı 14.09.2021-ci il tarixdə saat 12:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 (on iki) manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 14.09.2021-ci il tarixdə saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X3 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədən 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2309/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2309/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver