Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2310/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsində olan Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Nizami rayonu Ə.Əliyev küçəsi - Q.Qarayev prospektində hərəkətdə olan zaman nəqliyyat vasitəsini texniki baxışdan keçirtmədən idarə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nın 339.1-ci maddəsi ilə barəsində EQ25533475 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi xx.xx.2025-ci il tarixli şikayəti məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(007)-481/2025 nömrəli qərarı ilə qismən təmin edilmiş, işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinə göndərilmişdir. İşə yenidən baxan Baş X5 İdarəsi, nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə səbəbin araşdırmadan xx.xx.2025-ci il tarixində yenidən AR İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə vətəndaş X1 5 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 3-xx-xx/4601/2025 saylı qərarını rəsmi qaydada xx.xx.2025-ci il tarixində almışdır. Aşağıda qeyd olunanlara əsasən, BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-xx-xx/4601/2025 saylı qərarı məhkəmə tərəfindən ləğv edilməli və şikayət tam təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 21878948 saylı elektron qərarı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə ləğv edilsdə, məhkmə qərarı vaxtında icra edilmədiyindən, həmin dövrdə MMX-nin sistemindən cərimə borcu kimi qalmışdır. Buna görə də şəxsi istifadəmdə olan Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirtmək mümkün olmamışdır. Həmçinin, nəqliyyat vasitəsini üzürlü səbəbdən texniki baxışdan keçirtmədən idarə etdiyinə görə, DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 26219097 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Bu qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi şikayət, məhkəmənin 3(007)-636/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmiş və Bakı şəhər DYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı 26219097 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirtmədən idarə etdiyinə görə, əsassız olaraq DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26720356 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Bu qərardan da Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyim şikayət, məhkəmənin 3(007)-1646/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmiş və Bakı şəhər DYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında EQ seriyalı 26720356 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 26 aprel 2025-ci il tarixli, 3-xx-xx/4601/2025 saylı qərarını ləğv edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin onun İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ 25533475 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 inzibati qərarın qanunsuz olduğunu, əvvəl də bir dəfə məhkəmə tərəfindən qərar ləğv edilərək araşdırma üçün X6 İdarəsinə göndərilsə də yenidən onu dəvət etmədən eyni məzmunlu qərar qəbul edildiyini bildirmişdir. Barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları) məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes 220 minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 13 yanvar 2025-ci il tarixdə saat 09:57-də Bakı şəhəri Nizami rayonu, Ə.Vəliyev küçəsi-Q.Qarayev prospekti kəsişməsi, körpünün üstündə nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xətanı törətməyə görə barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 3(005)-3595/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 21 oktyabr 2024cü il tarixli, 16/1-159519 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Beləliklə iş üzrə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 3(005)-3595/2024 nömrəli qərarı ilə X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-159519 saylı protokol üzrə qərar ləğv olunmuşdur. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X3 texniki baxışdan keçmək üçün müraciətlər etsə də, məhkəmə tərəfindən ləğv olunmuş qərar üzrə cərimə borcunun ödənilməsinin istənilməsi və nəticədə yenidən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim vəya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə X2 tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-159519 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin inzibati qərar üzrə sistemdə müvafiq düzəliş edilmədən şəxsin barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin EQ seriyalı 25533475 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsindəki 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2310/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2310/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver