Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2314/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhər 06 saylı Vəkil bürosunun vəkili Vəkil, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X4 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 18:43 radələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ərazisində Fiat markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü nəqliyyat vasitəsinə qanunla tətbiqinə icazə verilməyən sayrışan işıq siqnalları quraşdırdığına görə Bakı şəhəri Nizami RPİ DYPŞ-nin yol patrul xidməti inspektoru X5 tərəfindən saxlanılmışdır. Daha sonra sürücü inzibati protokol tərtib olunması üçün duracağa aparılmaq istəyərkən vətəndaş Şəxs avtomobilini sürətləndirərək həmin ərazidən qaçmış və nəqliyyat vasitəsini gizlətmiş, sonra X1 rayon Polis İdarəsi DYPŞ-nin inzibati binasına daxil olub tərtib olunacaq protokola kobud şəkildə irad bildirərək polisin xidməti fəaliyyətinə maneçilik törətmiş, bu zaman polis əməkdaşları tərəfindən vətəndaşa tabe olmaq və qaydalara riayət etmək bildirilsə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış,həmçinin nalayiq ifadələr işlətmişdir. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X7 məhkəməyə raportun və protokolun məzmununa uyğun ifadə verərək , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hazırda əməlindən peşmandır, işini itirməkdən qorxduğu üçün maşını sürərək hadisə yerindən uzaqlaşmışdır. Daha sonra polis bölməsinə özü yaxınlaşmış, orada protokol tərtib edilmişdir. Polis şöbəsində səs-küy salmamışdır. Bir daha belə hallara yol verməyəcəyini bildirıərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nizami RPİ DYPŞ-nin yol patrul xidməti inspektoru məhkəməyə verdiyi izahatında bildirdi ki, xidmətdə olarkən xx.xx.2023-ci il tarixdə saat 18:43 radələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ərazisində Fiat markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü nəqliyyat vasitəsinə qanunla tətbiqinə icazə verilməyən sayrışan işıq siqnalları quraşdırdığına görə tərəfindən saxlanılmış, daha sonra sürücü inzibati protokol tərtib olunması üçün duracağa aparılmaq istəyərkən vətəndaş Şəxs avtomobilini sürətləndirərək həmin ərazidən qaçmış və nəqliyyat vasitəsini gizlətmişdir. Daha sonra X1 rayon Polis İdarəsi DYPŞ-nin inzibati binasına daxil olan zaman tərtib olunacaq protokola kobud şəkildə irad bildirərək polisin xidməti fəaliyyətinə maneçilik törətmişdir. Bu zaman polis əməkdaşları tərəfindən vətəndaşa tabe olmaq və qaydalara riayət etmək bildirilsə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin nalayiq ifadələr işlətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan xx.xx.2023-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 20:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil oğluna 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2314/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2314/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver