Məhkəmə qərarları › İş №3(007)-2315/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2315/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2315/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi – X5 iştirakı ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2023-cü il tarixli, EQ 13964334 saylı qərardan şikayət verərək, tərtib olunmuş inzibati xəta haqqında protokolun və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə AsanPayda olan kabinetinə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində İXM-327.2- 3.1-ci maddəsini inzibati qayda pozması qeydə alınaraq ona 60 manat məbləğində cərimə yazılmışdır. O, həmin gün qeyd olunan küçə ilə hərəkət edən zaman həmin küçə ilə heç bir dəqiqə ara olmadan X11 Patrul avtomobili belə hərəkət etmiş, DYP patrul maşını hərəkət halında olarkən nə sayrışan qırmızı və göy sayrışan işıqlardan, nə də xüsusi səs ilə güçləndirilmiş avadanlıqdan istifadə etməmiş, DYP patrul avtomobilindən 300-500 metr arada olan məsafədə onun gedəcəyi istiqamətdə yolun sağına baxıb hər hansı bir yol nişan işarəsinin olub olmadığına baxıb DYP patrul avtomobili ilə eyni istiqamətdə hərəkət etmişdir. xx.xx.2023-cü il tarixdə olan hadisə ilə bağlı bir gün sonra gələn sms-dən sonra AsanPay vasitəsi ilə kabinetiə daxil olub şəkillərə baxdıqda ona məlum olmuşdur ki, yolun solunda olmalı olan qadağan edici nişan yolun sağ hissəsində yerləşdirildiyi üçün onu görməyərək X11 Patrul avtomobilinin arxası ilə getmişdir. Bu səbəbdən hesab edir ki, ona yazılan protokol qanunsuz və ədalətsizdir. Ona görə ki, qeyd olunan küçədə nişan yolun sağında olmalı olduğu halda, yolun solundadır. Bundan başqa X11 Patrul xidmətinin avtomobili sayrışan qırmızı və ya göy sayrışan işıqlardan və xüsusi səs ilə güçləndirilmiş avadanlığdan istifadə etdiyi halda operativ nəqliyyat vasitəsi statusu qazanır. Belə olan halda yalnız o, qadağan edici nişanın tələbini pozmaqla hərəkət edə bilərdi. Belə olan halda isə təhlükəsizlik kəmərindən istifadə etməyən DYP əməkdaşının kobud şəkildə qanunu pozması və bundan başqa nişan belə qanuna uyğun olmayan formada qoyulması onu həmin istiqamətdə hərəkət edərkən yalnış istiqamətdə hərəkət etməyinə gətirib çıxarmışdır. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13964334 saylı qərar əsassızdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 13964334 saylı qərarı ilə X7 ünvan 1 ünvanında 99KN993 dövlət qeydiyyat nişanlı, Volkswagen Passat CC minik markalı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, X7 idarə etdiyi 99KN993 dövlət qeydiyyat nişanlı, Volkswagen Passat CC minik markalı nəqliyyat vasitəsi ilə Süleyman Rüstəm küçəsində “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkətini davam etdirmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə elektron qərar və əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 nümayəndəsi X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13964334 saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar