Məhkəmə qərarları › İş №3(007)-2316/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2316/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2316/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin sahə inspektoru X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Coşqun Qədiməliyev tərəfindən xx.xx.2022-ci il tarixdə X4 müraciəti əsasında toplanmış HK/1-3397 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində Nərimanov rayonu, Böyükşor qəsəbəsində fərdi ünvanda yaşayan X2 RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə təxminən 11 radələrində filial müdiri işlədiyi Nizami rayonu, Q.Qarayev 89 ünvanında yerləşən “OBA” marketdə olduğu zaman naməlum şəxsin yağ oğurlaması barədə məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X3 tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev 89 ünvanda yerləşən “OBA” marketdən müxtəlif günlərdə yağlar oğurlaması faktı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixində Nizami rayonu, Q.Qarayev 89 ünvanda yerləşən “OBA” marketdən müxtəlif vaxtlarda yağlar oğurlamışdır. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X7 filial müdiri işlədiyi Nizami rayonu, Q.Qarayev 89 ünvanında yerləşən “OBA” marketdən yağ oğurlandığını aşkar etməklə dərhal Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə məlumat vermişdir. Şəxs tərəfindən “OBA” marketə vurulmuş ziyanın tam olaraq əvəzinin ödənilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş Şəxs Nizami rayonu, Q.Qarayev 89 ünvanda yerləşən “OBA” marketdən yağ oğurladığı üçün peşman olduğunu və hazırda dəymiş ziyanı tam ödəmək iqtidarında olmasa da, həmin ziyanın dəyərini hissə-hissə ödəyəcəyinə söz verdi. Bütün bunları nəzərə alaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu toplanmış sənədlərlə əlaqəli tədqiq edib, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilir və onun əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar