Məhkəmə qərarları › İş №3(007)-2321/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2321/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2321/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, Hüquqi ünvanı ünvan 1da qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən **********0619 sorğu nömrəli gömrük bəyannaməsi üzrə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 2582.39 (iki min beş yüz səksən iki dollar 39 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Bununla da o, İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, №00800-00282/24 (EP 0118467) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, vəkili Vəkil təqdim etdiyi yazılı etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərmişdir. Əvvəla qeyd edilməlidir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin müvafiq əməkdaşı tərəfindən protokol tərtib edilərkən "xxxx" MMCyə hər hansı məlumat verilməmiş və izahat verilməsi üçün şərait yaradılmamışdır. "xxxx" MMC- yə 3-33-3100/012/008113 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubu çatmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 61-ci və 100.4-cü maddələrinin tələbləri kobud sürətdə pozulmuşdur. "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan hüquqları kobud surətdə pozulduğundan, zəruri izahat vermək və sübutları təqdim etmək imkanından məhrum olunduğundan, barəsində əsassız protokol tərtib edilmişdir. Belə ki “X1 Corporation”un Azərbaycan Respublikasında təmsil olunan rəsmi distribütoru kimi Şəxs MMC-nin fəaliyyət sahəsi “Geely” markalı avtomobillərin və ehtiyat hissələrinin satışını həyata keçirmək, o cümlədən təmir işləri yerinə yetirməkdən ibarətdir. Rusiya Federasiyasında fəaliyyət göstərən “X1 Corporation”un digər distributoru “Geely-Motors” LLC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli, xx/xx/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı qismində iştirak edən "xxxx" MMC alıcı “Geely-Motors” LLC-yə mal (ehtiyat hissələri) satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında mallar aidiyyəti üzrə göndərilmiş və xx.xx.2023-cü il tarixdə invoys tərtib edilmişdir. Qeyd edilən invoysa əsasən malların ümumi dəyəri 2582,39 ABŞ dolları müəyyən edilmişdir. Həmin invoys əsasında “Geely-Motors” LLC xx.xx.2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankının Sabunçu filialı vasitəsilə "xxxx" MMC-yə 2582,39 ABŞ dolları vəsaiti ödəmişdir. Beləliklə tərəflər arasında hesablaşma yekunlaşmışdır. Odur ki, yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, tərəflər arasında hesablaşma 180 gün ərzində yekunlaşmış və müvafiq vəsait "xxxx" MMC-nin hesabına daxil olmuşdur. Lakin bununla bağlı Dövlət Gömrük Komitəsinin müvafiq idarəsi tərəfindən "xxxx" MMC-nin faktiki ünvanı Bakı şəhəri, Babək prospekti 37 ünvanına, o cümlədən onlayn kargüzarlığa hər hansı sorğu daxil olmadığından "xxxx" MMC tərəfindən məlumatın təqdim edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir . Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnamələri ilə tam sübuta yetirilir. Həmçinin iş materiallarına əlavə edilmiş bildirişə əsasən müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən ixrac edilmiş mallar müqabilində vəsaitin bank hesabına köçürülməsi barədə sorğu Şəxs MMC-nin rəsmi ünvanı ünvan 3ir. Beləliklə, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 2582.39 ABŞ dollarının 30% məbləğində, yəni 774,72 ABŞ dolları (yeddi yüz yetmiş dörd dollar 72 sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar