Məhkəmə qərarları › İş №3(007)-2337/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2337/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2337/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin sahə inspektoru X3, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis kapitanı X6 zərərçəkmiş şəxs X7, zərərçəkmiş şəxs X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı şəhəri, Şəhriyar küçəsi ev 39 ünvanda qeydiyyatda olan, ünvan 1də yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən xx.xx.2022-ci il tarixdə X7 müraciəti əsasında toplanmış HK/1-1497 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, ünvan 2 ünvanda yaşayan X12 xx.xx.2022-ci il tarixdə saat 08:32 radələrində zəng edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək, “Hyundai HD65” ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilinin akkumulyatorunun oğurlandığını bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə X8 ərizəsi əsasında toplanmış HK-1-1569 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, X13 23-cü PB-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanda saxladığı özünə məxsus BMW markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsinin sındırıldığını, ümumi dəyəri 250 manat olan “Pioner” markalı maqnitola və videoregistratorun oğurlandığını aşkar etməsi barədə məlumat vermişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X17 tərəfindən xx.xx.2022-ci il tarixdə X1 müraciəti əsasında toplanmış HK-1-1430 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan X5 DİN-in 102 zəng-məlumat xidmətinə müraciət edərək, Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında saxladığı “VAZ 2107” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilindən “İphone 6S” markalı və “Samsung” markalı telefonların oğurlandığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru X11 tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda saxlanılan X9 məxsus “Hyundai HD65” markalı avtomobildən 2 ədəd akkumulyatorun oğurlaması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru X11 tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə 14:00 radələrində ünvan 3 ünvanda X10 məxsus BMW markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilindən maqnitola və videoregistratoru oğurlaması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis kapitanı X14 tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında saxladığı avtomobilindən “İphone 6S” markalı və “Samsung” markalı telefonların oğurlaması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı 14413649 №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara müvafiq olaraq açılmış 3(007)-2337/2022, 3(007)- 2338/2022 və 3(007)-2339/2022 saylı inzibati işlər bir icraatda 3(007)-2337/2022 saylı nömrə altında birləşdirilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru X11 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda saxlanılan X9 məxsus “Hyundai HD65” markalı avtomobildən 2 ədəd akkumulyator, xx.xx.2022-ci il tarixdə 14:00 radələrində ünvan 3 ünvanda X10 məxsus BMW markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilindən maqnitola və videoregistrator oğurlamışdır. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis kapitanı X14 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında saxladığı avtomobilindən “İphone 6S” markalı və “Samsung” markalı telefonları oğurlamışdır. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X12 xx.xx.2022-ci il tarixdə saat “Hyundai HD65” ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilinin akkumulyatorunun oğurlandığını aşkar etməklə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq əvəzinin ödənilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X13 xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanda saxladığı özünə məxsus BMW markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsinin sındırıldığını, ümumi dəyəri 250 manat olan “Pioner” markalı maqnitola və videoregistratorun oğurlandığını aşkar etməklə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə məlumat vermişdir. Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq əvəzinin ödənilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş Şəxs gördüyü işdən peşman olduğunu və hazırda dəymiş ziyanı tam ödəmək iqtidarında olmasa da, həmin ziyanın dəyərini hissə-hissə ödəyəcəyinə söz verdi. Bütün bunları nəzərə alaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu toplanmış sənədlərlə əlaqəli tədqiq edib, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilir və onun əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il, saat 19:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il, saat 19:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar