Məhkəmə qərarları › İş №3(007)-2339/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2339/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2339/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, xx.xx.2022-ci il tarixdə Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/27 X2 məxsus Hyundai HD 65 markalı avtomoildən 2 ədəd akkumulyatoru oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi X3 məxsus BMW markalı avtomobildən maqnitola və videoregistratoru oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs, xx.xx.2022-ci il tarixdə X1 və Ziyad adlı şəxsə məxsus “Samsung J2 Prime” və “İphone 6” markalı mobil telefonları Koroğlu metrostansiyası Alov parkdan oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə MN seriyalı 14413649 №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-2337/2022, 3(007)-2338/2022 və 3(007)-2339/2022 saylı inzibati işlər bir icraatda -3(007)-2337/2022 saylı nömrə altında birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı 14413649 №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara müvafiq olaraq açılmış 3(007)- 2337/2022, 3(007)-2338/2022 və 3(007)-2339/2022 saylı inzibati işlər bir icraatda- 3(007)- 2337/2022 saylı nömrə altında birləşdirilsin. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar