Məhkəmə qərarları › İş №3(007)-2339/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2339/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2339/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2766/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 18 noyabr 2014-cü il tarixli, 002CASA1114/046513/148 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2999 manat 70 qəpik, kreditdən istifadəyə görə faiz borcu qismində 227 manat 61 qəpik, cəmi 3227 manat 31 qəpik, notariat xərci qismində 15 manat tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2778/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 14 oktyabr 2014-cü il tarixli, 002CASA142870010 saylı kredit müqaviləsi restruksiyasına dair xx.xx.2015-ci il tarixli razılaşma üzrə əsas borc qismində 9799 manat 33 qəpik, kreditdən istifadəyə görə faiz borcu qismində 794 manat 94 qəpik və cərimə qismində 50 manat, cəmi 10644 manat 27 qəpik, notariat xərci qismində 34 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti tutulmalıdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2016-cı il tarixli, 2(007)-2766/2016 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2016-cı il tarixli, 2(007)-2766/2016 saylı və xx.xx.2016-cı il tarixli, 2(007)-2778/2016 saylı icra vərəqələrinin icrası ilə bağlı tələbkara 13881 manat borcu qalmışdır. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nizami rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2766/2016 saylı və xx.xx.2016-cı il tarixli, 2(007)-2778/2016 saylı icra vərəqələri üzrə icra işi mövcuddur, xx.xx.2016-cı il tarixli qərarla icra sənədinin icrasına başlanılmış, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu tərəfindən borcun bir hissəsi ödənilsə də, hazırda 13881 manat borcu qalmışdır. Borclunun əmlak vəziyyəti yoxlanılmış, adına heç bir əmlak aşkar olunmamışdır. Son 3 aydır ki, işə düzəlmişdir, lakin hələ ki borc əmək haqqısına yönəlməmişdir. Hazırda tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Dəfələrlə borcludan icra sənədinin tam icrası tələb olunmuş, lakin müsbət nəticəsi olmamışdır. Bu səbəbdən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, əvvəllər o, özü də "xxxx" ASC-də işləmiş, daha sonra işdən çıxmaq məcburiyyətində qalmışdır. 7 il işsiz olmasına baxmayaraq hər ay müəyyən məbləğlərdə - maddi imkanı çatdığı qədər ödənişlər etmişdir. Sonuncu dəfə isə keçən ay ödəniş etmişdir. Hazırda da yeni işə qəbul olunmuşdur. O, icra vərəqəsinin icrasından heç vaxt yayınmamışdır. Əgər ona 1 ay vaxt verilərsə, borcunu tam şəkildə ödəməyə çalışacaqdır. Hazırda da borcundan 2000 manat məbləğində ödəniş etmişdir. Bütün bunları nəzərə alaraq barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 bildirdi ki, məhkəmədən Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 bildirdi ki, borclu tərəfindən ödənilmiş 2000 manat, həmçinin hər ay ödənilən 70 manat ümumi borc məbləğinə münasibətdə çox azdır. Bank borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında borclu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbz ilə müəyyən olundu ki, borclu tərəfindən icra vərəqələri üzrə yaranmış borcdan 2000 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara mütəmadi şəkildə müəyyən məbləğlərdə ödəniş etməsi, məhkəmə prosesi davam etdiyi müddətdə isə 2000 manat məbləğində ödənişin olunması icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 10 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 60 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar