Məhkəmə qərarları › İş №3(007)-2340/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2340/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2340/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1, protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4 iştirakları ilə, xx.xx.1999-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Siyəzən rayonu, Siyəzən şəhəri, Nizami Gəncəvi küçəsi, ailəvi yataqxanada qeydiyyatda olan və Xırdalan şəhəri, Misir parkının yaxınlığında fərdi evdə kirayə kirayə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığnda yerləşən Alov Parkı ünvanında gizli şəkildə qanunsuz olarq küçə ticarəti ilə məşğul olaraq xalqa oyunları keçirdiyinə və həmin oyunu təşkil etdiyinə görə onu Polis şöbəsinə dəvət edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik nümayiş etdirmiş və polis əməkdaşına qarşı müqavimət göstərmişdir. Bununla da o, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş 23-cü Polis Şöbəsinin sahə inspektoru X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Koroğu metrostansiyası yaxınlığında yerləşən Alov Parkda xidmət aparan zaman gizli şəkildə qanunsuz olaraq küçə ticarəti ilə məşğul olaraq xalqa oyunları keçirən və həmin oyunu təşkil edən şəxsi görüb ona yaxınlaşmış və özünü təqdim edərək, yanında olan işçisi ilə birlikdə Şəxs 23-cü Polis Bölməsinə dəvət etmişdir. Lakin o, Polis Şöbəsinə getməkdən imtina edərək polis əməkdaşlarına müqavimət göstərmişdir. Həmin şəxsin müqavimətini qırmaq üçün əməliyyat qrupu hadisə yerinə çağırılsa da , Şəxs həmin polis əməkdaşlarına qarşı kobudluq edərək müqavimət göstərmişdir. Məhkəmə iclasında barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Belə ki, o küçə ticarəti ilə məşğul olduğunu etiraf edərək, gündəlik 10-15 manat pul qazanaraq himayəsində olan 1 azyaşlı uşağını saxladığını qeyd etdi. Polis əməkdaşı ona yaxınlaşan zaman hər hanısa tabesixlik göstərməmiş, dərhal polisin tələblərin ətabe olmuş, onlara qarşı heç bir tabesizlik və müqavimət göstərməmiş, güc tətbiq etməmişdir. Bütün bunları nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 izahatında bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Onun barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin ünvanına tərtib edilmiş raportlarda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında yerləşən “Alov” Parkında Nizami RPİ–nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı Şayiq Kərimov xidmət aparan zaman gizli şəkildə qanunsuz olarq küçə ticarəti ilə məşğul olaraq xalqa oyunları keçirən və həmin oyunu təşkil edən şəxsi görüb ona yaxınlaşmış və özünü təqdim edərək, yanında olan işçisi ilə birlikdə Şəxs 23-cü Polis Bölməsinə dəvət etmiş, lakin vətəndaş Polis Bölməsinə getməkdən imtina etmiş, polis əməkdaşlarına müqavimət göstərmiş, kömək üçün əməliyyat qrpu çağırılsa da Şəxs həmin polis əməkdaşlarına qarşı da kobudluq edərək müqavimət göstərmişdir. Lakin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclası zamanı polis əməkdaşı tərəfindən Şəxs Məmməd oğlunun küçə ticarəti ilə məşğul olmasını təsdiq edən video çəkiliş təqdim olunsa da, həmin videoya baxış keçirilən zaman polisin tələblərinə tabe olmamaqla bağlı hər hansısa hal aşkar olunmamışdır. Belə ki, videoçəkilişdə şəxsin yalnız küçə ticarəti ilə məşğul olaraq xalqa oyunları keçirməsi öz əksini tapır ki, bu da İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 04 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 24 (iyirmi dörd) manat (4x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X3 24 (iyirmi dörd) manat (4x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar