Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2345/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, 15 noyabr 1954-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yaşayış massivində yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, maddi ehtiyac üzündən sağlamlığı yol verdikdə taksi fəaliyyəti ilə məşğul olur. Bakı Nəqliyyat Agentliyi kameralarla və yaxud da idarə etdikləri avtomobillərin üzərində olan kameralarla ancaq bir profildən dövlət nömrə nişanını qeyd etməklə protokol tərtib edərək, cərimə qərarı verirlər. Hansı ki, onlar üç istiqamətdən avtomobilin şəklini çəkməli, qərarı və şəkilləri avtomobil sahibinin ünvanına göndərməlidirlər. Ona heç bir protokol və yaxud qərar, şəkil göndərilməyib. BNA-nın inzibati tənbeh vermə haqqında qərarını o, özü BNA-dan əldə etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərini müdafiə edib, qanunda BNA-nın çəkdiyi formada avtomobil çəkib cərimə etmək nəzərdə tutulmadığı üçün şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi vasitəsilə iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 02 mart 2020-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlığında öz nəqliyyat vasitəsi ilə dayandığına görə Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat cərimə edilir. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, X2 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 02 mart 2020-ci il tarixli, BNA seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. İşdə olan sübutlarla Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2020ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2345/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2345/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver