Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-235/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2021-ci il tarixdə, idarə etdiyi “FORD TRANSİT” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsilə məsuliyyət nəzərdə tutulan EQ seriyalı, ******* saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmiş, sonradan həmin elektron protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək, 20 manat cərimə olunmuşdur. Lakin Şəxs cəriməni 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şəxs və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X1 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, həmçinin işdə olan digər materiallarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna ətraflı baxıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Belə ki, həmin şəxs barəsində inzibati xəta törətməsinə görə artıq bir dəfə cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, lakin həmin şəxs özü barəsində tətbiq edilmiş tənbeh tədbirindən nəticə çıxarmayaraq həmin cəriməni ödəməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-235/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-235/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver