Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2350/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X5 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, AYNA tərəfindən inzibati qaydada cərimələnmişdir. AYNA tərəfindən xx.xx.2025-ci il tarixli, AYN1305277 saylı inzibati tənbeh vermə haqqında qərar həmin gün SMS vasitəsilə “ASANPAY” ilə göndərilmişdir. Həmin qərarda onun İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən 60 manat cərimələndiyi göstərilmişdir. Qərarda müəyyən edilmişdir ki, o, xx.xx.2025-ci il tarixində saat 12:05-də Mehdi Mehdizadə küçəsində yerləşən “DOST" mərkəzinin qarşısında əlillərin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş yerdə avtomobilini parklamışdır. AYNA tərəfindən barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində həyat yoldaşının anasının (Minayə Kəlbiyeva) pensiyasının yenidən hesablanması üçün onu “DOST mərkəzinə aparmışdır. Avtomobili park edərkən nəzarətçi yaxınlaşdıqda ona bildirmişdir ki, vətəndaşın əlilliyi var və hərəkət məhdudiyyətlidir. Bu səbəbdən onu müşayiət etməlidir. AYNA-nın parklanmaya nəzarət edən əməkdaşı 1181 nömrəsinə sms göndərməsini tələb etmişdir. Həmin parklanma məntəqəsində saat 11:15-də sorğusunun qeydə alınması ilə bağlı SMS gəlmişdir. Sadəcə olaraq tələskənlikdən parklanma kodunu 18076 əvəzinə 10076 kodu ilə göndərmişdir. Bu ona cərimə ilə bağlı sms gəldikdən sonra məlum olmuşdur. Lakin texniki səhvə baxmayaraq AYNA tərəfindən həmin parklanmaya görə onun balansından 0.70 AZN vəsait çıxılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, parklanma zamanı nəzarətçiyə avtomobildə əlil vətəndaşın olduğunu bildirmiş və icazə aldıqdan sonra avtomobili parklamışdır. Onun barəsində tətbiq olunmuş inzibati cərimənin yazılmasına səbəb olmuş görüntünün hansı nəzarətçi tərəfindən sistemə yerləşdirildiyini bilməmişdir. AYNA ilə əlaqə saxladıqda isə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Əlavə olaraq bildirir ki, inzibati xəta halını təsdiqləyən şəkillər nəzarətçinin şəxsi telefonu vasitəsi ilə çəkildiyindən həmin halı hansısa texniki vasitə kimi qəbul etmək yolverilməzdir. Həmin texniki vasitənin xüsusiyyətləri və texniki göstəriciləri qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X8 məhkəməyə etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 13 may 2025-ci il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində icraat aparılan X5 tərəfindən verilən şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və həmin qərar qüvvədə saxlanılmalıdır. Belə ki, şikayətçi X5 barəsində inzibati xətə haqqında qərarın əsassız olduğunu qeyd etmişdir. X5 idarə etdiyi “X12 3” minik markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13 may 2025-ci il tarixdə, saat 12:05-də Mehdi Mehdizadə küçəsindəki 18076 nömrəli parklanma məntəqəsində əlillər üçün nəzərdə tutulmuş və 1.24 nişanı ilə nişanlanmış parklanma yerində parkladığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən AYNA tərəfindən X5 barəsində 13 may 2025-ci il tarixli, AYN1305277 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.1-3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. AYNA tərəfindən qərar qanuna əsasən qəbul edilmişdir və qərar qüvvədə saxlanılmalıdır. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları, həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Sözügedən ərazidə (Mehdi Mehdizadə küçəsindəki 18076 nömrəli parklanma yerində) parklanma löhfəsində 7.6.1- nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu məlumatlandırıcı nişanı ilə birlikdə 5.15 parklanma və 1.24 (Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerləri) nişanı da təşkil edilmişdir. Həmçinin sözügedən parklanma yerlərinə məhz 7.17 (Əlilliyi olan şəxs tərəfindən idarə edilən avtomobilin tanınması) nişanı olan nəqliyyat vasitələri parklana bilərlər. Abbasov Pərvin bildirir ki, onun barəsində qanuna zidd qərar qəbul edilmişdir. Lakin “X11” Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin X hissəsində bildirir ki, Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər ‘‘əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. **-FF-*** dövlət qeydiyyat nişanlı “X12 3” minik markalı, nəqliyyat vasitəsi ‘‘əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmamışdır. X1 idarə etdiyi nəqliyyat vasitəsi “əlilliyi olan şəxs” üçün olan nəqliyyat vasitəsi kimi qeyd olunmadığından və etibarnamə əsasında idarə etdiyi sözügedən **-FF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə, Mehdi Mehdizadə küçəsindəki 18076 nömrəli parklanma məntəqəsində saxlayaraq İXM-nin 346-1.3-cü maddəsinin, “X11” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsinə əsasən, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat (60 manat) məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 09 iyul 2024-cü il tarixli qərarında əsasən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlaməti aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətləri çərçivəsində müəyyən olunmuşdur. X5 şikayətində Agentlik tərəfindən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin Azərbaycan Resublikası ərazisində istifadə üçün sertifiktlaşdırılmamasına görə müvafiq normativ hüquqi aktların tələbinin kobud şəkildə pozulduğunu qeyd etmişdir. Lakin İXM-nin 346-1.1-ci və 346-1.5-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və videomateriallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə (İXM-nin 80-ci maddəsi) aiddir. Çünki İXM-nin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 346-1.1-ci və 346-1.5-ci maddələrində göstərilən inzibati xətaların aşkar edilməsində istifadə olunan kameralar ölçü cizahı hesab edilmədiyindən və bu xətalar qeydə alınarkən hər hansı ölçmə aparılmadığından metroloji sınaqdan keçmək zərurəti yoxdur. Beləliklə hesab edirik ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X5 şikayəti əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 13 may 2025-ci il tarixli, AYN1305277 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətin əsassız və qanunsuz olduğundan təmin edilməməsini, AYNA-nın 13 may 2025-ci il tarixli, AYN1305277 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X8 etirazın məzmununa uyğun izahat verəərk məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 12:05-də Bakı şəhəri, Nizami rayonu, Mehdi Mehdizadə küçəsində idarə etdiyi “X13 3” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili əlillərin nəqliyyat vasitləri üçün nəzərdə tutulmuş parklanma yerlərində parklamışdır. X2 Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 346-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2350/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2350/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver