Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2352/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 04 may 2025-ci il tarixdə, saat 18:10 radələrində idarə etdiyim “Hyundai Santa-Fe” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu Koroğlu metro stansiyasının arxa hissəsindən üzü hava limanı şossesi istiqamətində hərəkətdə olarkən əsas yol təmirə bağlı olduğundan AAYDA-nın əməkdaşlarınin göstərişi ilə alternativ yol olaraq əks iki zolaqlı yolun bir zolağından mən və digər avtomobillər hərəkət etmişdir. Bunu görən BDYPİ-nin əməkdaşı **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə polis mayoru Camalov Xəyyam mənə saxla əmri verməklə barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən 100 manat məbləğində protokol tərtib etmişdir. Nəzərinizə çatdırıram ki, əsas yolun təmirə bağlı olmasından və AÄYDA-nin əməkdaşları tərəfindən yönəldilmə olmasaydı mən və digər nəqliyyat vasitələri həmçinin içtimai nəqliyyat vasitələri əks yola qanunu pozaraq cixmazdıq . Sizə bildirmək istəyirəm ki, mənə saxla əmri vərərkən mən YPX-nin əməkdaşına izah etdim ki, yol təmirə bağlı olduğundan AAYDA-nin əməkdaşlarının göstərişi ilə əks yolun bir zolağından istifadə etmişəm. Lakin YPX-nin əməkdaşı mayor Camolov, mən və digər YPX əməkdaşının sözünə inanmayaraq məni öz xidməti avtomobilinə əyləşdirib yolun təmirə bağlı olmasına əmin olmaq üçün həmin əraziyə apardı və onu da qeyd edim ki, YPX-nin əməkdaşı mayor Camalovla həmin əraziyə əks istiqamətdə hərəkət edərək getdik. Yol təmiri olan əraziyə çatdıqda digər avtomobillərin hələdə əks istiqamətdə hərəkət etdiyinin şahıdı olsada və həqiqəti dediyimə əmin olduqdan sonra mənə söylədi ki, “əks yola çixmısan sənə cərimə yazacam xeyri yoxdu”. Mən təkrar olaraq bildirdim ki, biz burada olduğumuz zaman yüzlərlə digər avtomobillərin sizin digər YPX əməkdaşlarının gözü önündə əks istiqamətlə hərəkət edib və hec bir avtomobil cərimələnməyib. Mayor Camalov isə məni “yalançı” adlandıraraq ittiham etdi və İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən 100 manat məbləğində protokol tərtib etdi. Qeyd olunan inizabti xətanı törətmədiyini qeyd edərək Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, oradan geriyə önüb qayıtmağın mümkün olduğunu bilsəydi əgər, geriyə dönərək qayıdardı, nəqliyyat vasitəsində ailə üzvləri ola-ola əks istiqamətli hərəkət zolağına çıxmazdı. Sadəcə olaraq yolda təmir-tikinti getdiyi üçün AAYDA-nın əməkdaşlarının göstərişi ilə digər nəqliyyat vasitəli ilə birlikdə əks zolağa çıxmışdır. Qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, barəsində qərar çıxarılmış X5 şikayət ərizəsi ilə məhkəməyə müracət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətində göstərmişdir ki, 04 may 2025-ci il tarixdə saat 18:10-radələrində idarə etdiyi HYUNDAİ SANTA-FE markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu Koroğlu metro stansiyasının arxa hissəsindən üzü hava limanı şossesi istiqamətində hərəkətdə olarkən əsas yol təmirə bağlı olduğundan AAYDA-nın əməkdaşlarının göstərişi ilə alternativ yol olaraq əks iki zolaqlı yolun bir zolağndan o və digər avtomobillər hərəkət etmişdir. Bununla razılaşmayaraq qeyd etmişdir ki, Cavad Abdullayev mexaniki nəqliyyat vasitəsinin sürücüsü olaraq yol hərəkətinin təşkilində istifadə olunan svetoforlar və yol nişanlarının tələblərinə uyğun olaraq hərəkət etməli olduğu halda qayda pozuntusuna yol vermişdir. Belə ki, onun şikayətinin mahiyyətindən belə aydın olur ki, yolda təmir işləri aparıİdğından həmin yoldan istifadə etmək olar. Həmin vaxtı sürücü ilə olan dialoq və ərazidən çəkilmiş videodan məlum olur ki, sürücü Cavad Abdullayev həmin ərazidə digər yoldan istifadə edə bilərdi, lakin nədənsə 3.1 Giriş qadağandır yol nişanının təsir dairəsinə daxil olaraq qayda pozuntusuna yol vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində qərar çıxarılmış X3 şikayətini təmin etmədən onun barəsində qəbul edilmiş tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və sonradan protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edildi ki, həqiqətən də şikayətçinin şikayətində və məhkəmə iclasında bildirdiyi kimi yolda təmir-tikinti işləri getmiş, bununla əlaqədar şikayətçi İXM-nin müvafiq qaydalarını pozaraq Giriş qadağandır yol nişanının təsir dairəsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, hadisə baş verən günü hərəkət zolağında təmir-tikinti işlərinin getməsi məhkəmə iclası zamanı təqdim olunmuş materiallarla sübut olunmuşdur. Belə olduğu təqdirdə, təmir tikintinin aparıldığı ərazidə sürücülər üçün hərəkət etməli olduqları istiqaməti müəyyən etmək üçün müvəqqəti yol nişanı qoyulmamış, eyni zamanda sürücülərə istiqamət verilməsi üçün YPX əməkdaşları cəlb olunmamışdır. Belə olduğu təqdirdə yolun bağlı olmasını nəzərə alaraq, inzibati orqanın istinad etdiyi hal üzrə sürücü tərəfindən geriyə qayıdıb, sağa dönərək hərəkət etməli olduğunu bilməsi mümkün deyildir. Belə ki, məhkəmənin mövqeyinə əsasən sürücüyə alternativ hərəkət istiqaməti təmirin aparıldığı yer üzrə yol nişanı və ya YPX inspektoru tərəfindən verilməli olduğu halda verilməmişdir. Həmin an sürücü mövcud şəraitdə ən əlverişli yoldan istifadə etməyə çalışmışdır. Belə ki, Yol Hərəkəti haqqında Qanunun müddəalarına əsasən təmir sahələrində xüsusi yol nişanlarının və işarələrinin quraşdırılması nəzərdə tutulmuşdur. Sürücülər tərəfindən bu işarələrə əməl etmək, hərəkət istiqaməti və sürətinin ona uyğun tənzimlənməsi qeyd edilmişdir. Hazırkı iş üzrə qeyd olunan sahədə hərəkət istiqamətini tənzimləyən yol nişanının və ya işarəsinin quraşdırılmaması öz təsdiqini tapmış olur. Bununla da fors-major vəziyyətdə şəxsin qeyd olunan yola daxil olması ilə inzibati xəta hadisəsi baş vermiş olmur. Şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2352/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2352/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver