Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2353/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1954-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonunun Tatlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, Yeni Məhəllədə yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Fəxri İsmayılov tərəfindən qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, 09 iyul 2021-ci tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində hərəkət edən Daewo markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobus yolun kənarı ilə hərəkət edən piyada X3 vuraraq sonuncuya xəsarət yetirməsi ilə əlaqədar HK1-350 saylı araşdırma materialı üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami Polis İdarəsinin DYPŞ-nin polis mayoru X5 tərəfindən tərtib edilmiş 21.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.07.2021-ci il tarixdə saat 18:07-də “DAEWOO BS 090” Avtobus markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nizami Polis İdarəsinin DYPŞ-nin polis mayoru X5 izahatında göstərmişdir ki, Şəxs avtobus idarə etmək üçün “D” kateqoriyası olmadan, 09.07.2021-ci il tarixdə saat 18:07-də “DAEWOO BS 090” Avtobus markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində idarə edərkən, piyada X3 vuraraq sonuncuya yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, avtobus idarə etmək üçün “D” kateqoriyası olmadan, Seymur Qurbanovun idarə etdiyi Daewo markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu sonuncunun xahişi ilə sonuncu dayanacağa aparmaq üçün 09 iyul 2021-ci tarixdə saat təxminən 18 radələrində idarə edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə hərəkətdə olarkən, yolun kənarında olan piyada X3 vurmuş və hadisə nəticəsində sonuncu yüngül dərəcəli bədən xəsarəti almışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli tədqiq edərək və iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xəta törətməsi tam sübuta yetirilmiş və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Fəxri İsmayılov tərəfindən qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş AF seriyalı 802922 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs 14.10.2024-cü il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 1 sentyabr 2021-ci il tarixli 8/1901 saylı rəyindən görünür ki, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmiş Şəxs hərəkətlərində “Yol Hərəkəti hqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 16.07.2021-ci il tarixli 452 saylı rəyindən görünür ki, X1 bazunun bayır səthinin qançırı və hər iki sağrı nahiyyəsinin hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, 09.07.2021-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs səmimi peşmançılığını və yaşını məsuliyyəti yüngülləşdirən hallar qismində nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən etmir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, yaşını, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsinə əsasən, bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinəəsasən, altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi, qanunverciliyin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 65 yaş həddində olduğundan təqsirli biindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri onun barəsində tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə (inzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq etmə) əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə təqsirli bilinməli və yaş həddi nəzərə alınaraq həmin Məcəllənin 34-1-ci maddəsi ilə barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. AF seriyalı 802922 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2353/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2353/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver