Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2357/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC mülkiyyətində olan avtomobili idarəetmə hüququ olmayan X2 idarə etmək üçün icarəyə vermişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X9 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, X5 Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixində daxil olmuşdur. "xxxx" MMC-nin sürücünün hansı tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəldiyini öyrənmək üçün sistemləri yoxdur, buna görə də onlar sürücünün Azərbaycan Respublikasına nə zaman gəldiyini bilə bilməzlər. Onlara demişdilər ki, sürücü Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün avtomobili idarə etmək hüququ vardır. Məhkəmədən göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Babək prospektində 278 çağırışlı avtopatrulla xidmətdə olduğu zaman Babək prospektində “Hyundai” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil nişanlanma xəttinin tələbini pozduğuna görə tərəflərindən saxlanılmışdır. Özlərini sürücüyə təqdim etmişlər və sənədləri təqdim etməsini təklif etmişlər. Sürücü sənədləri təqdim etdiyi zaman məlum olmuşdur ki, sürücü 1 aydan çoxdur ki, Azərbaycan Respublikasının ərazisindədir, ona sürücülük vəsiqəsi Türkiyə Respublikası tərəfindən verilmişdir və Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitəsini idarə edə bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - etibarnamənin surətindən görünür ki, X7 tərəfindən “Hyundai” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə etibar edilmişdir. - avtomobil icarə müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən “Hyundai” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək idarə etmək üçün icarəyə verilmişdir. - sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 Türkiyə Cümhuriyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2029-cu il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “X13” Azərbaycan Respublikası Qanununun 35-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2357/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2357/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver