Məhkəmə qərarları › İş №3(007)-2363/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2363/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2363/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, “X5” MMC-də katib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində Şəxs idarə etdiyi “Kia Optima” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində Rüstəm Rüstəmov küçəsi istiqamətində yolu sağdan sola qarşı tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 10 may 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tufan Şükürovun 20 aprel 2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, Hadisədən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Bütün dərman və həkim xərclərini özü qarşılamışdır. Belə ki, 4-5 gün ərzində dərmanalar ümumilikdə 350-400 manat xərcləmiş, həkim hər gün Ramana qəsəbəsinə getdiyi üçün həkimin xərclərini ödəmiş, həmçinin əlavə xərcləri ödəmişdir. Ümumilikdə 3-4 minə yaxın xərc çəkmişdir. Bütün bunları nəzərə alaraq barəsindən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, özü “X7”-də qeydiyyatda işləyir, 600 manat əmək haqqı qalır, zərərçəkmiş şəxslə hadisə baş verən vaxtlarda özü də danışmış, həmin şəxs özü gündəlik 25-30 manat qazanc əldə etdiyini, bəzən arada 35 manat qazandığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Hazırda da maddi imkanı yoxdur, 200- 300 manat zərərçəkmiş şəxsə ödəniş edə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, təhqiqat düzgün aparılmamış, ekspertiza rəyi düzgün tərtib olunmamışdır. Belə ki, oğlunun xəsarəti yüngül xəsarət olmamışdır. Beyin-kəllə travması almış, başında böyük çapıqlar və qansızmalar olmuşdur. Hələ də neyrocərahiyyə xəstəxanasında müalicə almağa davam edir. Həmçinin həkim məsləhəti əsasında nə universitetə, nə də işə gedə bilmir. Çünki ona səs-küylü yer olmaz. Əlavə olaraq bildirdi ki, oğlu gündəlik 50-60 manat qazanc əldə edirdi, hazırda işləyə bilmir və 6 ay işləyə bilməyəcək. Hazırda şikayəçidirlər, əldən çıxmış həmin məbləğlərin hesablanaraq onlara ödənilməsini tələb edir. Əlavə olaraq bildirdi ki, xəta törədən şəxs tərəfindən 300 manat ödənilməsinə razı deyil, işə yenidən baxılmasını xahiş edir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 353 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs baş beynin yüngül dərəcədə əzilməsi ilə müşayiət olunan sağ təpə nahiyyəsinin əzilmiş yarası, boynun arxa-sol yarısının və sol çiyin nahiyəsinin arxa səthinin sürtünmə xarakterli, sol saidin arxa-iç səthinin sıyrıqları, bel nahiyəsinin sağ yarısının qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və özünün etirafedici ifadəsi ilə, xx.xx.2025-ci il tarixli, 353 saylı ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 aprel 2025-ci il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, onunla barışması, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar