Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2372/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, icra məmuru X1, tələbkar X2, cavabdeh Şəxs və təcüməçi X10 oğlunun iştirakları ilə, xx xxxxxx 1950-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2 (103) 12743/2019 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 “A” ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə iddiaçı X2 çəkdiyi xərclərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməlidir. İnzibati işdə olan 22.06.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2 (103) 12743/2019 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 22.06.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 22 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2 (103) 12743/2019 saylı icra vərəqəsinə əsasən, tələbkar X2 xeyrinə ödənilməli olan 20 000 manat borc, Şəxs tərəfindən tələbkara tam ödənilməyib və bununla sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib edilmiş 22 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2 (103) 12743/2019 saylı icra vərəqəsinə əsasən, 20000 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməlidir. İcra sənədi 22.06.2020-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmış, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Lakin, borclu tərəfindən tələbin könüllü icrası təmin edilməmişdir. Tələbin ödənilməsini təmin etmək üçün müxtəlif icra tədbirləri görülsədə mümkün olmamışdır. Hazırda borclunun aylıq təqaüdündən tutulma aparılaraq tələbkar X4 ödənilir. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2 (103) 12743/2019 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 “A” ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq ona verilməlidir. Lakin, borclu tərəfindən hal hazıradək həmin məbləğ tam şəkildə ona ödənilməmişdir. Borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2 (103) 12743/2019 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 “A” ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitini tələbkar X4 ödəməlidir. Həmin məbləği tam şəkildə və birdəfəlik ödəməyə imkanı olmadığı üçün icra sənədini icra məmurundan aldıqdan dərhal sonra, borcun yeganə gəliri olan təqaüdünə yönəldilməsi barədə yazılı şəkildə müraciət etmişdir. Hazırda təqaüdündən 50 % tutularaq X4 ödənilir. Məhkəmə inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs aylıq təqaüdündən tələbkar X5 xeyrinə hər ay 141,29 manat məbləğində pul tutulur. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2 (103) 12743/2019 saylı icra vərəqəsinin icrası ilə əlaqədar, borclu Şəxs aylıq təqaüdündən tələbkar X5 xeyrinə hər ay 141,29 manat məbləğində pulun tutulması, borclunun icra sənədinin icrasından və ya icra məmurunun qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmasını istisna edən haldır. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2372/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2372/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver