Məhkəmə qərarları › İş №3(007)-2373/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2373/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2373/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələri ilə Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, H.Əliyev küçəsində “Volkswagen Passat” minik markalı ** BH *** saylı dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 329.1, 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini və qanunu pozmadığını bildirdi. Göstərdi ki, hadisə baş verməzdən öncə 2 bakal pivə içməsi barədə izahatı təzyiq altında yazmış və polis əməkdaşları tərəfindən xüsusi cihaz vasitəsilə onun sərxoşluq dərəcəsini ölçüldükdən sonra ona çek təqdim edilməmişdir. Vətəndaş müstəqil şəkildə tibbi müayinədən keçdiyini bildirmiş və hadisə zamanı onun ayıq olduğu tibbi müayinə aktı ilə müayinə edilmişdir. Protokol tərtib etmiş tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, 10 oktyabr 2022-ci il tarixdə saat 09:30 radələrində H.Əliyev küçəsində xidmətdə olarkən “Volkswagen Passat” minik markalı ** BH *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işığından istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğundan şübhə edilmiş və hadisə yerindəcə alkotest vasitəsilə sürücü yoxlanılaraq sərxoş olduğu məlum olmuşdur. Sürücü izahatında içkili olduğunu etiraf etmiş, daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Sürücü hadisə baş verəndən 2-3 saat sonra, spirtli içkinin təsiri getdikdən sonra tibbi müayinədə keçərək sərxoş olmaması ilə bağlı tibbi akt almışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əsasən həmin gün saat 09:25 dəqiqədə aparılmış xx.xx.2022-ci il tarixli, 01063 saylı alkotestin nəticəsinə əsasən Şəxs 0,736 % miqdarında alkoqol olduğu nəzərə alınaraq sərxoş olduğu müəyyən edilmişdir. Protokola əsasən Şəxs müayinənin nəticəsi ilə tanış edildi, imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, alkoqol vasitə qəbul etdiyini səmimi etiaf edir və alkotestin göstəricisi ilə razı olduğunu bildirir. Bununla da Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, xx.xx.2022-ci il tarixli, 01063 saylı alkotestin göstəricisi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs hadisə baş verdikdən bir neçə saat sonra, spirtli içkinin təsiri keçdikdən sonra tibbi müayinə edildiyini nəzərə alaraq, məhkəmə onun barəsində tərtib edilən xx.xx.2022ci il tarixli 2/24440 saylı saat 12:37 də aparılmış tibbi müayinə aktını sübut qismində qəbul etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar