Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2376/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561- 67-ci məhəllə, mənzil 186-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Nizami rayon icra şöbəsinin icra məmuruna istər şifahi, istərsə də yazılı surətdə məlumat vermişdir ki, onun barəsində heç vaxt karantin qaydalarının pozulmasına görə protokol yazılmamış və ya cərimə olunması barədə qərar qəbul edilməmişdir. Səbail RPİ-nin 9-cu PB-nin tərtib etdiyi protokoldan və qərardan da görünür ki, həmin protokol və qərar 02 mart 1994-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Şəxs barəsində olmuşdur, o isə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. Səbail polisindən də ona bildirilmişdir ki, məsələ həll olunub, bitmişdir. Lakin barəsində əsassız olaraq protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əssən işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb, borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın, yəni Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin 05 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi olmuşdur. Həmin qərara və onun qəbul edilməsinə əsas olmuş 05 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati qaydada məsuliyyətə cəlb olunaraq tənbeh edilmiş şəxs 02 mart 1994-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Şəxs olmuşdur, hazırda barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmiş şəxs isə xx xxxx 1984cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olan Şəxsdur. Bununla da, inzibati icraat zamanı Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələblərinə əməl olunmamış, yəni inzibati xəta törətmiş şəxs müəyyən edilməmiş, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, inzibati xəta törədən şəxs düzgün müəyyən edilmədiyi, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş 19 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2376/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2376/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver